Milli Məclisin informasiya məsələləri

Milli Məclisin informasiya məsələləri

Hörmətli vətəndaş!

Azərbaycan Respublikasında informasiyanın əldə olunması azaddır.
Hər kəs özü birbaşa və ya nümayəndəsi vasitəsilə informasiya sahibinə müraciət etmək, informasiyanın növünü və əldə etmə formasını seçmək hüququna malikdir.
İnformasiya sahibinə müraciət edən hər kəs:
- sorğu edilən informasiyanın informasiya sahibində olub-olmadığını öyrənmək, bu informasiya olmadıqda onu əldə etmək üçün yardımçı məlumatlar almaq;
- informasiya sahibi sorğu edilən informasiyaya malik olduqda onu sərbəst, maneəsiz və hamı üçün bərabər şərtlərlə əldə etmək hüququna malikdir.  

İnformasiya sorğusu göndərin

Sizin informasiya sorğunuz “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanunun müddəalarına uyğun baxılacaq.

Azərbaycan Respublikası Milli Məclisi Sədrinin 25 may 2009-cu il tarixli 297-III saylı sərəncamına müvafiq olaraq, “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilmiş informasiya əldə etmək hüququnun təmin edilməsi məqsədilə informasiya məsələləri üzrə struktur bölməsinin funksiyaları  Azərbaycan Respublikası Milli Məclis Aparatının İnformasiya resursları və texnologiyaları şöbəsinin İnformasiya məsələləri sektoruna həvalə edilmişdir.

Tel:         (99412) 4989748 - 1-44

Elektron poçt göndərin

MEQA şirkətinin istehsalı
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi