Hüquq siyasəti və dövlət quruculuğu 

Ümumi məlumat

Hüquq siyasəti və dövlət quruculuğu komitəsi dövlətin hüquqi siyasətinin formalaşdırılması və həyata keçirilməsinə dair, habelə dövlət quruculuğuna aid qanun və qərar layihələri üzrə aparıcı komitədir.
Hüquq siyasəti və dövlət quruculuğu komitəsi:
dövlət quruculuğu, seçki hüququ, vətəndaşlıq, məhkəmə quruluşu, mülki hüquq, mülki-prosessual hüquq, cinayət hüququ, cinayət-prosessual hüquq, cinayət-icra hüququ, inzibati hüquqpozmalar, vəkillik, notariat, prokurorluq, polis, müdafiə, təhlükəsizlik sahələri üzrə qanun layihələrini hazırlayır və ya təqdim olunmuş qanun layihələrinə dair rəy verir;
Azərbaycan Respublikası Milli Məclisinin və ya Azərbaycan Respublikası Milli Məclisi sədrinin tapşırığı ilə qanun və qərar layihələrinin Azərbaycan Respublikasının Konstitusiyasına və başqa qanunlarına uyğunluğu haqqında rəy verir;
Azərbaycan Respublikası Prezidentinin təqdimatına əsasən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi, Azərbaycan Respublikası Ali Məhkəməsi, Azərbaycan Respublikası apellyasiya məhkəmələri hakimlərinin, habelə Azərbaycan Respublikası Baş prokurorunun namizədliklərinə baxır və onlar barəsində rəy verir, habelə Azərbaycan Respublikası məhkəmələri hakimlərinin vəzifədən kənaralaşdırılması barədə məsələlərə baxır və rəy verir.
Azərbaycan Respublikası Konstitusiyasının mətnində dəyişikliklər olunması haqqında referendum təyin edilməsi barədə məsələ, habelə Konstitusiya qanunları Azərbaycan Respublikası Milli Məclisinə çıxarıldıqda Hüquq siyasəti və dövlət quruculuğu komitəsi bu haqda rəy verməlidir.

Ekspertlər:

Əliyev Mütalib Calal oğlu
Vəliyev Fərhad Müseyib oğlu

Əlaqə:        497-05-96, 497-06-59

E-mail:       legalpolicy_com@meclis.gov.az 

MEQA şirkətinin istehsalı
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi