İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi

Ümumi məlumat

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi dövlətin maliyyə və vergi siyasətinin, iqtisadi siyasətinin formalaşdırılması və həyata keçirilməsinə dair, habelə dövlət büdcəsinin təsdiq edilməsi və icrası ilə bağlı qanun və qərar layihələri üzrə aparıcı komitədir.
İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi:
dövlət büdcəsi, büdcə prosesi və quruluşu, pul emissiyası, qiymət siyasətinin əsasları, bank fəaliyyəti, maliyyə, mühasibat, sığorta, valyuta, kredit, gömrük tənzimlənməsi, vergi siyasəti, rüsum və ödənişlər sahələri, daxili və xarici iqtisadi münasibətlər, mülkiyyət, əmlak münasibətləri, təsərrüfat fəaliyyəti, sənaye, nəqliyyat, rabitə, ticarət, birja, sahibkarlıq fəaliyyəti, antiinhisar siyasəti sahələri üzrə qanun layihələrini hazırlayır və ya təqdim olunmuş qanun layihələrinə dair rəy verir;
yerli vergilərə və ödənişlərə, yerli büdcələrə aid qanun layihələrini hazırlayır və ya təqdim olunmuş qanun layihələrinə dair rəy verir;
Azərbaycan Respublikası Prezidentinin təqdimatına əsasən Azərbaycan Respublikası Milli Bankı İdarə Heyətinin üzvləri vəzifəyə təyin və vəzifədən azad edilərkən təklif olunan namizədliklərə baxır və onlar barəsində rəy verir;
Azərbaycan Respublikası Auditorlar Palatasının sədri və sədr müavini, Azərbaycan Respublikası Hesablama Palatasının sədri, sədr müavini və auditorlar vəzifəyə təyin edildikdə və ya vəzifədən azad edildikdə təklif olunmuş şəxslərin namizədliklərinə baxır və onlar barəsində rəy verir;
Dövlət büdcəsinə nəzarətlə bağlı məsələlərə baxır və Azərbaycan Respublikasının Milli Məclisinə təkliflər verir;
dövlət büdcəsinin layihəsinə dair başqa daimi komissiyaların təkliflərinə baxır və onlar barəsində rəy verir;
Azərbaycan Respublikası Milli Məclisinin və ya Azərbaycan Respublikası Milli Məclisi sədrinin tapşırığı ilə dövlət büdcəsindən əlavə xərc tələb edən qanun və qərar layihələrinə dair, habelə qanun və qərar layihələrinə iqtisadi əsaslandırma və iqtisadi məqsədəuyğunluq baxımından rəy verir.

Ekspertlər:

Qurbanova Təranə Hidayət qızı
Mədətov Mansur Akif oğlu 

Əlaqə:       437-20-27, 497-16-67
E-mail:      economic_com@meclis.gov.az

 

MEQA şirkətinin istehsalı
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi