Reqional məsələlər

Ümumi məlumat

Regional məsələlər komitəsi yerli özünüidarə orqanları ilə bağlı dövlət siyasətinin formalaşdırılması və həyata keçirilməsinə dair qanun və qərar layihələri üzrə aparıcı komitədir.
Regional məsələlər komitəsi:
inzibati ərazi quruluşu, yerli özünüidarə orqanlarının seçkiləri, statusu, işinin təşkili məsələlərinə dair qanun layihələrini hazırlayır və ya təqdim olunmuş qanun layihələrinə dair rəy verir;
bələdiyyə mülkiyyəti, yerli vergilər və ödənişlər, yerli büdcə, yerli sosial müdafiə və sosial inkişaf proqramları, yerli iqtisadi inkişaf proqramları, yerli ekoloji proqramları ilə bağlı qanun layihələrini bu sahələr üzrə başqa aparıcı daimi komissiyalarla birlikdə hazırlayır və ya təqdim olunmuş qanun layihələrinə dair rəy verir;
Azərbaycan Respublikası Milli Məclisinin və ya Azərbaycan Respublikası Milli Məclisi sədrinin tapşırığı ilə qanun və qərar layihələrində yerli özünüidarə məsələlərinə dair rəy verir;
bələdiyyə orqanlarının işinin təşkilinə və təkmilləşdirilməsinə, bələdiyyə işçilərinin ixtisasının artırılmasına kömək göstərmək məqsədi ilə metodik tövsiyələr hazırlayır və dərc etdirir.

Ekspert: Alməmmədov İsax Bəhlul oğlu

Əlaqə:     497-64-19
E-mail:    regional_com@meclis.gov.az

 

MEQA şirkətinin istehsalı
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi