Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr

Ümumi məlumat

Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi Azərbaycan Respublikasının xarici siyasətinin formalaşdırılması və həyata keçirilməsinə dair qanun və qərar layihələri üzrə aparıcı komitədir.
Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi:
xarici siyasətə, beynəlxalq və dövlətlərarası müqavilələrin təsdiqi, icrası və ləğv edilməsinin qaydalarına, repatriasiyaya, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin statusuna aid qanun layihələrini hazırlayır və ya təqdim olunmuş qanun layihələrinə dair rəy verir;
Azərbaycan Respublikası Prezidentinin təqdimatına əsasən Azərbaycan Respublikasının xarici dövlətlərdə və beynəlxalq təşkilatlarda diplomatik nümayəndəliklərinin təsis edilməsi, habelə dövlətlərarası beynəlxalq müqavilələrin təsdiq və ləğv edilməsi məsələlərinə baxır və bu barədə rəy verir;
Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələrinin daha da inkişaf etdirilməsi barədə Azərbaycan Respublikasının Milli Məclisinə təkliflər verir;
Azərbaycan Respublikasından kənarda yaşayan soydaşlarla, xaricdə fəaliyyət göstərən Azərbaycan təşkilatları ilə əlaqələr saxlayır və bu əlaqələri inkişaf etdirir;
Azərbaycan Respublikası Milli Məclisinin xarici dövlətlərin parlamentləri ilə əlaqələr üzrə işçi qruplarına, habelə Azərbaycan Respublikası Milli Məclisinin beynəlxalq parlament təşkilatlarında nümayəndələrinə metodik yardım göstərir:
Azərbaycan Respublikası Milli Məclisinin və ya Azərbaycan Respublikası Milli Məclisi sədrinin tapşırığı ilə qanun və qərar layihələrinin Azərbaycan Respublikasının qoşulduğu və ya təsdiq etdiyi beynəlxalq sənədlərə uyğunluğu barədə rəy verir.

Ekspert:     Fərhadova Elza Həmid qızı

Əlaqə:
        492-18-06

E-mail:
       international_com@meclis.gov.az

 

Müəllif hüquqları qorunur.
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi