Sənədlər

Sənəd 3

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN
Q  Ə  R  A  R  I

Azərbaycan Respublikasının Milli Məclisi yanında
Toponimiya Komissiyasının sədrinin, sədr müavininin
və katibinin seçilməsi barədə

 

I. Azərbaycan Respublikasının Milli Məclisinin yanında Toponimiya Komissiyası “Azərbaycan Respublikasının Milli Məclisinin yanında Toponimiya Komissiyası haqqında” Əsasnamənin 3.1.1-ci maddəsinə müvafiq olaraq  qərara  alır :
1. Komissiyanın sədri vəzifəsinə Milli Məclisin deputatı, AMEA-nın vitse-prezidenti, akademik İsa Əkbər oğlu Həbibbəyli seçilsin.
2. Komissiyanın sədr müavini vəzifəsinə AMEA-nın H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Mahmud oğlu Məmmədov seçilsin.
3. Komissiyanın katibi vəzifəsinə Azərbaycan Respublikası Milli Məclis Aparatı rəhbərinin xidmətinin Ərazi vahidlərinin və bələdiyyələrin dövlət reyestri sektorunun müdiri İdrak Akif oğlu Qarayev seçilsin.

 

 

 

Komissiyanın sədri                       İsa Həbibbəyli

01.12.2015
№ 5-QR

Müəllif hüquqları qorunur.
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi