Ələsgərov Valeh Feyruz oğlu

Azərbaycan Respublikası Milli Məclisi Sədrinin müavini
Valeh Feyruz oğlu Ələsgərov

 2015-ci il noyabrın 24-dən Azərbaycan Respublikası Milli Məclisi Sədrinin müavinidir.
1946-cı il oktyabrın 19-da Samux rayonunun Qarayeri qəsəbəsində anadan olmuşdur. Azərbaycan Dövlət Neft və Kimya İnstitutunun (indiki Azərbaycan Dövlət Neft Akademiyasının) Neft-mədən fakültəsini bitirmişdir.
1970–1991-ci illərdə SSRİ Neft-Qaz Sənayesi Nazirliyinin «Permneft», «Azneft» istehsalat birliklərində, 1992–2005-ci illərdə «Azərneft» Dövlət Konsernində, Azərbaycan Respublikası Dövlət Neft Şirkətində çalışmışdır.
Əməkdar mühəndisdir. «Şöhrət» ordeni ilə təltif edilmişdir.
Elmi əsərlərin və ixtiraların müəllifidir. Rus və ingilis dillərini bilir.
Bitərəfdir.
Üçüncü və dördüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur.
2015-ci il noyabrın 1-də 102 saylı Samux-Şəmkir seçki dairəsindən beşinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilmişdir.
Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədridir.
Avropa İttifaqı−Azərbaycan, Rusiya–Azərbaycan parlamentlərarası əməkdaşlıq komitələrinin həmsədridir.
Azərbaycan Respublikası Dövlət Neft Fondunun Müşahidə Şurasının üzvüdür.
Evlidir, 4 övladı var.

Müəllif hüquqları qorunur.
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi