04.03.2011 Tarixinə olan gündəlik

Layihə


Azərbaycan Respublikası Milli Məclisinin
2011-ci il  martın 4-də keçiriləcək iclasının
gündəliyinə təklif olunan


 M  Ə  S  Ə  L  Ə  L  Ə  R

1. Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) illik məruzəsi haqqında.

2. Cənub Qaz Dəhlizi haqqında Birgə Bəyannamənin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi  haqqında.

3. “TRASEKA multimodal daşımalarının inkişafı haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi  haqqında.

4. Azərbaycan Respublikası Prezidentinin və Latviya Respublikası Prezidentinin Birgə Bəyannaməsinin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi  barədə.

5. Azərbaycan Respublikası Hökuməti və Latviya Respublikası Hökuməti arasında fövqəladə halların qarşısının alınması və aradan qaldırılması sahəsində əməkdaşlıq haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi  haqqında.

6. “Azərbaycan Respublikası Hökuməti və Küveyt Dövləti Hökuməti arasında diplomatik və xidməti∕xüsusi pasportlara malik olan şəxslər üçün viza tələbinin ləğv edilməsi haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi  haqqında.

7. “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi  barədə.

8. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununa əlavələr edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi  haqqında.

9. “Gömrük tarifi haqqında”, “Yeyinti məhsulları haqqında”, “Notariat haqqında” və “Dərman vasitələri haqqında” Azərbaycan Respublikasının qanunlarına əlavələr və dəyişikliklər edilməsi barədə  Azərbaycan Respublikası qanununun layihəsi  haqqında.

10. “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa əlavə edilməsi barədə  Azərbaycan Respublikası qanununun layihəsi  haqqında.

 

 

 

MEQA şirkətinin istehsalı
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi