30.12.2016 "Büdcə sistemi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə

Layihə

"Büdcə sistemi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alır:

"Büdcə sistemi haqqında" Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 10, maddə 584; 2003, № 6, maddə 267; 2004, № 12, maddə 979; 2005, № 5, maddə 393, № 12, maddə 1083; 2006, № 2, maddə 67, № 3, maddə 225, № 12, maddə 1012; 2007, № 12, maddə 1202; 2008, № 12, maddə 1049; 2009, № 7, maddə 505; 2014, № 8, maddə 958) aşağıdakı dəyişikliklər edilsin:

1.  6.6-cı maddə çıxarılsın;

2. 6.7-ci maddədən ", bu Qanunun 6.6-cı maddəsində nəzərdə tutulan hallar istisna olmaqla," sözləri çıxarılsın;

3. 10.4-cü maddədən ", bu Qanunun 6.6-cı maddəsində nəzərdə tutulan hallar istisna olmaqla," sözləri çıxarılsın;

4. 19.4-cü maddədən bu Qanunun 6.6-cı maddəsində nəzərdə tutulan hallar istisna olmaqla," sözləri çıxarılsın;

5. 19.5-ci maddə aşağıdakı redaksiyada verilsin:
"19.5. İlin sonuna bütün xəzinə hesablarının qalıqları dövlət büdcəsinin vahid xəzinə hesabına köçürülür. Bu vəsait dövlət büdcəsi kəsirinin maliyyələşdirilməsinə və zərurət yarandığı təqdirdə növbəti ilin dövlət büdcəsi xərclərinin on ikidə bir hissəsi həmin il üzrə bu Qanunun 7-ci maddəsində göstərilən xərclərin ödənilməsinə yönəldilir, habelə bu Qanunun 19.2-ci maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş qaydada idarə edilir, yerdə qalan hissəsi isə Azərbaycan Respublikasının Dövlət Neft Fonduna köçürülür.".

6. 19.6-cı maddədə "üzrə" sözündən sonra "hesabat ili ərzində" sözləri, "yönəldilərək," sözündən sonra "il ərzində" sözləri əlavə edilsin;

7. 20.6.4-cü maddə aşağıdakı redaksiyada verilsin:
"funksional və inzibati təsnifata uyğun olaraq bölmə və köməkçi bölmə səviyyəsində xərclərin icrasının məbləği".

 


Azərbaycan Respublikasının Prezidenti

 



Qanun layihəsinin müzakirəsində iştirak edin
Ad:
E-poçt:
Mövzu:
Mövzu:


MEQA şirkətinin istehsalı
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi