VƏTƏNDAŞLAR ÜÇÜN

CARİ FƏALİYYƏT

30.12.2016 "Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə
Layihə
"Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi
tənzimləmə haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 10-cu, 17-ci və 24-cü bəndlərini rəhbər tutaraq qərara alır:
"Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında" Azərbaycan Respublikası Qanunun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 9, maddə 838; 2016, № 2, II kitab, maddə 215) 2.2-ci maddədə "4 il" sözləri "5 il" sözləri ilə əvəz edilsin.
Azərbaycan Respublikasının Prezidenti