14.04.2017 "Standartlaşma haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə

Layihə

"Standartlaşma  haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə

Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin 1-ci hissəsinin 24-cü bəndini rəhbər tutaraq,  "Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında"  Azərbaycan Respublikasının 2014-cü il 30 may tarixli 965-IVQ nömrəli Qanununun tətbiqi ilə əlaqədar  qərara alır:

"Standartlaşma haqqında" Azərbaycan Respublikası Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997, № 2, maddə 92; 2001, № 11, maddə 683; 2004, № 2, maddə 57, № 10, maddə 761; 2007, № 10, maddə 938; 2009, № 12, maddə 948; 2014, № 10, maddə 1166) aşağıdakı dəyişiklıiklər edilsin:

1.   1-ci, 2-ci maddələrində, 7-ci maddəsinin birinci hissəsinin ikinci abzasında, 9-cu maddəsinin dördüncü hissəsində, 10-cu,11-ci, 13-cü və 14-cü maddələrində ismin müvafiq hallarında "məhsullar (işlər, xidmətlər)" sözləri ismin müvafiq hallarında  "mallar (xidmətlər, işlər)" sözləri ilə əvəz edilsin;

2.  6-cı maddə üzrə :
2.1. birinci, ikinci, altıncı və səkkizinci hissələrində ismin müvafiq hallarında "məhsulların (işlərin, xidmətlərin)" sözləri ismin müvafiq hallarında "malların (xidmətlərin, işlərin)" sözləri ilə əvəz edilsin;
2.2. beşinci hissə aşağıdakı redaksiyada verilsin:
"5. Malın (xidmətin, işin), prosesin, idarəetmə sisteminin və işçi heyətinin müvafiq standartda, texniki reqlamentdə və digər normativ hüquqi aktda müəyyən olunmuş tələblərə uyğunluğunun təsdiqi malın (xidmətin, işin) sertifikatlaşdırması sahəsində Azərbaycan Respublikasının müvafiq normativ hüquqi aktlarında müəyyən edilmiş qaydada həyata keçirilir.  Müvafiq malın (xidmətin, işin), prosesin, idarəetmə sisteminin və işçi heyətinin  müvafiq standartda, texniki reqlamentdə və digər normativ hüquqi aktda müəyyən olunmuş tələblərə uyğunluğu  onların nişanlanması yolu ilə təsdiqlənə bilər.
Malın (xidmətin, işin), prosesin, idarəetmə sisteminin və işçi heyətinin müvafiq standartda, texniki reqlamentdə və digər normativ hüquqi aktda müəyyən olunmuş tələblərə uyğunluğunu təsdiq edən akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən qurumların vahid dövlət reyestri müvafiq icra hakimiyyəti orqanında aparılır.".

3.  8-ci maddəsinin ikinci hissəsində "məhsulların (işlərin, xidmətinlərin) dövlət standartlarının məcburi tələblərinə uyğunluğu" sözləri "malın (xidmətin, işin), prosesin, idarəetmə sisteminin və işçi heyətinin müvafiq standartda, texniki reqlamentdə və digər normativ-hüquqi aktda müəyyən olunmuş tələblərə uyğunluğu" sözləri ilə əvəz edilsin.

4.  15.1.1-ci maddə aşağıdakı redaksiyada verilsin:
"15.1.1. Malın (xidmətin, işin), prosesin, idarəetmə sisteminin və işçi heyətinin müvafiq standartda, texniki reqlamentdə və digər normativ-hüquqi aktda müəyyən olunmuş tələblərə uyğunluğunun təsdiqi;".

5.  15.1.2-ci maddədə "sertifikatlaşdırma üzrə orqanın" sözləri "uyğunluğu qiymətləndirən qurumun" sözləri ilə əvəz edilsin.

 


Azərbaycan Respublikasının Prezidenti

 



Qanun layihəsinin müzakirəsində iştirak edin
Ad:
E-poçt:
Mövzu:
Mövzu:


Müəllif hüquqları qorunur.
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi