14.04.2017 "Qiymətli metallar və qiymətli daşlar haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə

Layihə

"Qiymətli metallar və qiymətli daşlar haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə

Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin 1-ci hissəsinin 11-ci bəndini rəhbər tutaraq,  "Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında"  Azərbaycan Respublikasının 2014-cü il 30 may tarixli 965-IVQ nömrəli Qanununun tətbiqi ilə əlaqədar  qərara alır:

"Qiymətli metallar və qiymətli daşlar haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 10, maddə 870; 2007, № 11, maddə 1088; 2008, № 2, maddə 49, № 4, maddə 249, № 6, maddə 464; 2009, № 7, maddə 517; 2010, № 4, maddə 276, 2014, № 10, maddə 1164; Azərbaycan Respublikasının 2016-cı il 11 noyabr tarixli 402-VQD nömrəli Qanunu) 12.1-ci maddəsində aşağıdakı dəyişikliklər edilsin:

1. Birinci cümləyə "sertifikatlaşdırılması" sözündən sonra "müvafiq icra hakimiyyəti orqanının akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən qurumu və ya akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən qurumlar tərəfindən" sözləri əlavə edilsin.

2. İkinci cümlədə "müəyyən olunmuş kəmiyyət və keyfiyyət göstəricilərinə, texniki tələblərə" sözləri "müvafiq standartda, texniki reqlamentdə və digər normativ hüquqi aktda müəyyən olunmuş tələblərə" sözləri ilə əvəz edilsin.

3. Aşağıdakı məzmunda üçüncü cümlə əlavə edilsin:
"Uyğunluğu qiymətləndirən qurumların akkreditasiyası "Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş qaydada həyata keçirilir.".

 


Azərbaycan Respublikasının Prezidenti

 



Qanun layihəsinin müzakirəsində iştirak edin
Ad:
E-poçt:
Mövzu:
Mövzu:


Müəllif hüquqları qorunur.
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi