02.10.2017 "İpoteka haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə

Layihə

"İpoteka haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 13-cü bəndini rəhbər tutaraq, "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2017-ci il 1 fevral tarixli 515-VQD nömrəli Qanununun tətbiqi ilə əlaqədar qərara alır:

"İpoteka haqqında" Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 6, maddə 461; 2007, № 5, maddə 436, № 11, maddə 1053; 2008, № 5, maddə 348; 2009, № 12, maddə 948; 2011, № 7, maddə 591) aşağıdakı dəyişikliklər edilsin:

1. 12.2-ci və 12.3-cü maddələrdə "qeydiyyata" sözü "dövlət qeydiyyatına" sözləri ilə əvəz edilsin.

2. 16.1 -ci maddədə "qeydiyyata, təkrar və əlavə qeydiyyata" sözləri "dövlət qeydiyyatına və əlavə dövlət qeydiyyatına" sözləri ilə əvəz edilsin.

3. 14-cü maddənin adında, 14.1 - 14.5-ci, 16.3-cü, 19.2-ci və 28.2-ci maddələrdə ismin müvafiq hallarında "əlavə qeydiyyat" sözləri ismin müvafiq hallarında "əlavə dövlət qeydiyyatı" sözləri ilə əvəz edilsin.

4. 14.4-cü və 19.2-ci maddələrdə "qeydə alındığı" sözləri "dövlət qeydiyyatına alındığı" sözləri ilə əvəz edilsin.

 


Azərbaycan Respublikasının Prezidenti

 



Qanun layihəsinin müzakirəsində iştirak edin
Ad:
E-poçt:
Mövzu:
Mövzu:


Müəllif hüquqları qorunur.
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi