31.10.2017 "Diplomatik xidmət haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

Layihə

"Diplomatik xidmət haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 19-cu bəndini rəhbər tutaraq, "Diplomatik xidmət haqqında" Azərbaycan Respublikasının Qanununu "Elm haqqında" Azərbaycan Respublikasının 2016-cı il 14 iyun tarixli 271-VQ nömrəli Qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara  alır :

"Diplomatik xidmət haqqında" Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 9, maddə 567; 2002, № 12, maddə 703; 2004, № 6, maddə 414; 2005, № 10, maddə 873; 2008, № 3, maddə 155; 2009, № 6, maddə 399; 2011, № 2, maddə 71; 2013, № 4, maddə 365; 2015, № 10, maddə 1084; 2016, № 2, (I kitab), maddə 188; 2017, № 6, maddə 1041, № 7, maddə 1250) aşağıdakı dəyişikliklər edilsin:

1. 15-ci maddə üzrə:
1.1. adında "və elm müəssisələrinə" sözləri "müəssisələrinə, elmi müəssisə və təşkilatlara" sözləri ilə əvəz edilsin;
1.2. 15.1-ci maddədə "və elmi müəssisələrə" sözləri "müəssisələrinə, elmi müəssisə və təşkilatlara" sözləri ilə əvəz edilsin.

2. 26.3-cü maddədə "aspiranturaya (doktoranturaya) və elmi müəssisələrə" sözləri "elmi müəssisə və təşkilatlara" sözləri ilə əvəz edilsin.

 


Azərbaycan Respublikasının Prezidenti

 



Qanun layihəsinin müzakirəsində iştirak edin
Ad:
E-poçt:
Mövzu:
Mövzu:


Müəllif hüquqları qorunur.
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi