13.02.2018 "Qaz təchizatı haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə

Layihə

 

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

 

"Qaz təchizatı haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 11-ci bəndinə əsasən qərara alır:

"Qaz təchizatı  haqqında" Azərbaycan Respublikasının Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 9, maddə 563; 2004, № 7, maddə 505; 2007, № 5, maddə 442; 2009, № 10, maddə 768; 2010, № 5, maddə 374; 2011, № 4, maddə 262, № 12, maddə 1091; 2015, № 11, maddə 1251; 2016, № 12, maddə 1991; 2017, № 6, maddə 1018) 1-ci maddəsinin yeddinci abzasına, 11-ci maddəsinin 1-ci hissəsinin ikinci cümləsinə və 5-ci hissəsinin ikinci cümləsinə (hər iki halda), 16-cı maddəsinin 3-cü hissəsinin ikinci cümləsinə və 18-ci maddəsinin 2-ci hissəsinin ikinci abzasına ismin müvafiq hallarında "müvafiq icra hakimiyyəti orqanı" sözlərindən sonra ismin müvafiq hallarında "və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum" sözləri, 3-cü maddəsinin 3-cü hissəsinə (hər iki halda), 15-ci maddəsinin 2-ci hissəsinin üçüncü cümləsinə, 3-cü hissəsinin dördüncü abzasına və 17-ci maddəsinin 1-ci və 2-ci hissələrinə ismin müvafiq hallarında "müvafiq icra hakimiyyəti orqanı" sözlərindən sonra ismin müvafiq hallarında "və müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum" sözləri, 5-ci maddəsinin 2-ci hissəsinə "müvafiq icra hakimiyyəti orqanı" sözlərindən sonra ", müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum" sözləri əlavə edilsin.

 

 Azərbaycan Respublikasının Prezidenti



Qanun layihəsinin müzakirəsində iştirak edin
Ad:
E-poçt:
Mövzu:
Mövzu:


Müəllif hüquqları qorunur.
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi