01.05.2018 "Həmkarlar ittifaqları haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə

Layihə


AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU


"Həmkarlar ittifaqları haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə


Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 8-ci və 10-cu bəndlərini rəhbər tutaraq, "Hərbi vəziyyət haqqında" Azərbaycan Respublikasının 2017-ci il 14 fevral tarixli 530-VQ nömrəli Qanununun tətbiqi iləəlaqədar qərara alır:

"Həmkarlar ittifaqları haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1994, № 17, maddə 235; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997, № 3, maddə 226, № 5, maddə 379; 2001, № 11, maddələr 676, 683; 2004, № 6, maddə 397; 2005, № 1, maddə 5, № 8, maddə 684; 2006, № 11, maddə 922; 2007, № 5, maddə 437, № 11, maddə 1049; 2010, № 3, maddə 171; 2012, № 7, maddə 672; 2013, № 1, maddə 17; 2014, № 10, maddə 1172) 8-ci maddəsində aşağıdakı dəyişikliklər edilsin:

1. Adına "xitam verilməsi" sözlərindən sonra "və ya fəaliyyətinin dayandırılması" sözləri əlavə edilsin.

2. Aşağıdakı məzmunda üçüncü hissə əlavə edilsin:

"Hərbi vəziyyətin elan edilməsinə səbəb olmuş halların aradan qaldırılmasına və müəyyən edilmiş tədbirlərin həyata keçirilməsinə mane olan həmkarlar ittifaqları təşkilatlarının fəaliyyəti hərbi vəziyyət başa çatanadək dayandırıla bilər.".


Azərbaycan Respublikasının Prezidenti


 



Qanun layihəsinin müzakirəsində iştirak edin
Ad:
E-poçt:
Mövzu:
Mövzu:


Müəllif hüquqları qorunur.
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi