VƏTƏNDAŞLAR ÜÇÜN

CARİ FƏALİYYƏT

07.12.2018 "Normativ hüquqi aktlar haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə
İkinci səsvermə
Layihə
"Normativ hüquqi aktlar haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublİkasının Konstİtusİya Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 156-cı maddəsini rəhbər tutaraq q ə r a r a a l ı r :
"Normativ hüquqi aktlar haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, № 2, maddə 69; 2016, № 10, maddə 1600) aşağıdakı məzmunda 5.4-cü maddə əlavə edilsin:
"5.4. Ələt azad iqtisadi zonasının ərazisində "Ələt azad iqtisadi zonası haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallarda bu Konstitusiya Qanunundan fərqli hüquqi tənzimləmə tətbiq edilir və həmin zonanın fəaliyyəti ilə bağlı qəbul edilmiş aktlar azad zona daxilində məcburi hüquqi qüvvəyə malikdir.".
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 31 may 2018-ci il
№ 1151-VKQD