12.06.2018 "Dövlət sirri haqqında"Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə

Layihə

"Dövlət sirri haqqında"Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə

AZƏRBAYCAN  RESPUBLİKASININ QANUNU

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 20-ci bəndini rəhbər tutaraq   q ə r a r a   a l ı r :

"Dövlət sirri haqqında" Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 11, maddə 882; 2006, № 2, maddə 65, № 11, maddə 925; 2008, № 8, maddə 699; 2013, № 6, maddə 596; 2014, № 7, maddə 762; 2015, № 5, maddə 492) aşağıdakı dəyişikliklər edilsin:

1. 10.1-ci maddənin birinci cümləsinə "siyahısına" sözündən sonra "və ya dövlət sirrinə aid edilən məlumatların siyahısına" sözləri əlavə edilsin.

2. Aşağıdakı məzmunda 10.4-cü maddə əlavə edilsin:
"10.4. Məlumatın daşıyıcısına məxfilik qrifinin verilməsi ilə əlaqədar bu Qanunun 10.1-ci və 10.2-ci maddələrində nəzərdə tutulmuş tələblərə riayət edilməsinə görə onu hazırlamış struktur bölmənin rəhbəri məsuldur.".

3. 12.1.1-ci maddəyə "siyahısının" sözündən sonra "və ya dövlət sirrinə aid edilən məlumatların siyahısının" sözləri əlavə edilsin.

4. 13.3-cü maddə üzrə:
4.1. birinci cümlə aşağıdakı redaksiyada verirlis:
"Məlumatın məxfilik müddəti onun məxfiləşdirildiyi gündən hesablanır.";
4.2. aşağidakı məzmunda ikinci cümlə əlavə edilsin:
"Bu müddət məxfi məlumatlar üçün 10 ildən, tam məxfi məlumatlar üçün 20 ildən, xüsusi əhəmiyyətli məlumatlar üçün 30 ildən, məxfilik dərəcəsindən asılı olmayaraq şəxsin kəşfiyyat, əks-kəşfiyyat, əməliyyat-axtarış fəaliyyətini həyata keçirən orqanların əməkdaşı olmasını və ya bu orqanlarla konfidensial əsaslarla əməkdaşlıq edən, yaxud əməkdaşlıq etmiş şəxslərin şəxsiyyətini müəyyən etməyə imkan verən məlumatlar üçün 75 ildən çox olmamalıdır.".

5. 14.1-ci maddə aşağıdakı redaksiyada verilsin:
"14.1. Dövlət sirri təşkil edən məlumatların məxfilik müddətinin uzadıldığı hal istisna olmaqla, dövlət sirri təşkil edən məlumat daşıyıcılarının məxfiliyi məlumat məxfiləşdirildiyi zaman müəyyən edilmiş müddətdən gec olmayaraq götürülməlidir.".

6. Aşağıdakı məzmunda 23.4-cü maddə əlavə edilsin:
"23.4. Bu Qanunun 23.1-ci maddəsində nəzərdə tutulmuş əsasların aradan qalxdığı və ya yoxlamanın nəticəsi ilə razı olmadığı hallarda dövlət hakimiyyəti orqanının, müəssisə, idarə və ya təşkilatın rəhbərinin təşəbbüsü ilə təkrar yaxlma keçirilə bilər.".

 


Azərbaycan Respublikasının Prezidenti

 



Qanun layihəsinin müzakirəsində iştirak edin
Ad:
E-poçt:
Mövzu:
Mövzu:


Müəllif hüquqları qorunur.
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi