VƏTƏNDAŞLAR ÜÇÜN

CARİ FƏALİYYƏT

29.06.2018 "Polis haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Layihə
"Polis haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 20-ci bəndini rəhbər tutaraq, "Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsində dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının 2017-ci il 1 dekabr tarixli 915-VQD nömrəli Qanununun icrası ilə əlaqədar qərara alır:
"Polis haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 11, maddə 611; 2001, № 11, maddə 699, № 12, maddə 731; 2002, № 3, maddə 118, № 6, maddə 328; 2003, № 1, maddə 22, № 8, maddə 424; 2004, № 2, maddə 57, № 3, maddə 133; 2006, № 2, maddələr 74, 75, № 11, maddə 927; 2007, № 8, maddə 756; 2008, № 4, maddə 251, № 7, maddə 602, № 8, maddə 696, № 10, maddə 883; 2009, № 6, maddələr 399, 401; 2010, № 2, maddə 74, № 3, maddə 171; 2014, № 2, maddə 87, № 11, maddə 1360; 2015, № 5, maddə 486, № 11, maddə 1277, № 12, maddə 1444; 2016, № 2 (I kitab) maddələr 197, 216, № 3, maddə 400, № 5, maddə 838; 2017, № 10, maddə 1770; 2018, № 1, maddə 15) 14-cü maddəsinin birinci hissəsinin 3-cü bəndində "və məhkəmələrin" sözləri ", məhkəmələrin, müvafiq icra hakimiyyəti orqanının icra və probasiya qurumlarının" sözləri ilə əvəz edilsin.
Azərbaycan Respublikasının Prezidenti