01.10.2018 "Standartlaşdırma haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə

Layihə

"Standartlaşdırma haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 24-cü bəndini rəhbər tutaraq qərara alır:

"Standartlaşdırma haqqında" Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997, № 2, maddə 92; 2001, № 11, maddə 683; 2004, № 2, maddə 57, № 10, maddə 761; 2007, № 10, maddə 938; 2009, № 12, maddə 948; 2014, № 10, maddə 1166; 2017, № 6, maddə 1025; 2018, № 4, maddə 643) aşağıdakı dəyişikliklər edilsin:

1. 6-cı maddənin 5-ci hissəsinin ikinci abzasında "müvafiq icra hakimiyyəti orqanında" sözləri "müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda)" sözləri ilə əvəz edilsin.

2. 15.1.2-ci maddə ləğv edilsin.

 


Azərbaycan Respublikasının Prezidenti

 



Qanun layihəsinin müzakirəsində iştirak edin
Ad:
E-poçt:
Mövzu:
Mövzu:


Müəllif hüquqları qorunur.
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi