30.10.2018 "Avtomobil yolları haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

Layihə


AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU


 "Avtomobil yolları haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə


Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 11-ci bəndini rəhbər tutaraq, "Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2018-ci il 1 may tarixli 1106-VQD nömrəli Qanununun tətbiqi ilə əlaqədar qərara alır:

"Avtomobil yolları haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, 3, I kitab, maddə 125; 2001, № 12, maddələr 731, 736; 2004, 11, maddə 901; 2006, 6, maddə 478; 2007, 5, maddə 436, 10, maddə 938; 2008, 5, maddə 348, 7, maddə 602; 2012, 6, maddə 506; 2013,   6, maddələr 599, 624; 2014, 4, maddə 341, 7, maddə 775; 2016, 2, I kitab, maddə 200, 12, maddələr 1994, 1995; 2017, 5, maddə 720,  12, I kitab, maddə 2229; 2018, 1, maddə 20) 29-cu maddəsinin səkkizinci abzasına "fövqəladə" sözündən əvvəl "hərbi vəziyyət rejiminin tətbiqi," sözləri əlavə edilsin.


Azərbaycan Respublikasının Prezidenti

 



Qanun layihəsinin müzakirəsində iştirak edin
Ad:
E-poçt:
Mövzu:
Mövzu:


Müəllif hüquqları qorunur.
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi