13.11.2018 Azərbaycan Respublikasında 2019-cu il üçün yaşayış minimumu haqqında

Layihə


AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU


Azərbaycan Respublikasında 2019-cu il üçün yaşayış minimumu haqqında


Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının  94-cü maddəsinin I hissəsinin 16-cı  bəndini rəhbər tutaraq qərara alır:

Maddə 1. Əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumunun məbləği

2019-cu il üçün yaşayış minimumu ölkə üzrə 180 manat, əmək qabiliyyətli əhali üçün 191 manat, pensiyaçılar üçün 149 manat, uşaqlar üçün 160 manat məbləğində müəyyən edilsin.

Maddə 2. Qanunun qüvvəyə minməsi

Bu Qanun 2019-cu il yanvarın 1-dən qüvvəyə minir.


Azərbaycan Respublikasının Prezidenti



Qanun layihəsinin müzakirəsində iştirak edin
Ad:
E-poçt:
Mövzu:
Mövzu:


Müəllif hüquqları qorunur.
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi