27.11.2018 Azərbaycan Respublikasının Mənzil Məcəlləsində dəyişiklik edilməsi haqqında

Birinci oxunuş

 Layihə


Azərbaycan Respublikasının Mənzil Məcəlləsində dəyişiklik edilməsi haqqında


AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU


Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 11-ci və 13-cü bəndlərini rəhbər tutaraq qərara alır:

Azərbaycan Respublikasının Mənzil Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 8, maddə 612; 2011, № 12, maddə 1108; 2012, № 6, maddə 501; 2017, № 5, maddə 732, № 7, maddə 1298) aşağıdakı dəyişikliklər edilsin:

1.   6.0.2-ci, 17.2.1-ci, 20.5-ci və 138.3-cü maddələrdə "özəl" sözü "xüsusi" sözü ilə əvəz edilsin.

2.   Aşağıdakı məzmunda 10.0.8-1-ci və 10.0.8-2-ci maddələr əlavə edilsin:

"10.0.8-1. çoxmənzilli binanın idarə edilməsi qaydasını müəyyən etmək;

10.0.8-2. çoxmənzilli binanın idarə edilməsinə dövlət nəzarətinin həyata keçirilməsi qaydalarını müəyyən etmək;".

3.   41.6-cı maddədə "üstün hüquqa" sözləri "üstünlük hüququna" sözləri ilə əvəz edilsin.

4.   44.3-cü maddədə "(kvorum yaranır). Kvorum" sözləri "(yetərsay yaranır). Yetərsay" sözləri ilə və "təkrar" sözü "yenidən" sözü ilə əvəz edilsin.

5.   109.5-ci maddədə "kooperativi qanunvericiliklə müəyyən olunmuş qaydada ləğv edilməli və ya mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinə çevrilməlidir" sözləri "kooperativinin qanunla müəyyən olunmuş qaydada ləğvi və ya mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinə çevrilməsi barədə qərar qəbul edilərək, hüquqi şəxslərin qeydiyyatı haqqında qanunvericiliyə uyğun olaraq zəruri tədbirlər görülməlidir" sözləri ilə əvəz edilsin.


Azərbaycan Respublikasının Prezidenti

 



Qanun layihəsinin müzakirəsində iştirak edin
Ad:
E-poçt:
Mövzu:
Mövzu:


Müəllif hüquqları qorunur.
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi