05.03.2019 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında

II oxunuş

Layihə


Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU


Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 17-ci bəndini rəhbər tutaraq, "Daşınar əmlakın yüklülüyü haqqında" Azərbaycan Respublikasının 2017-ci il 2 may tarixli 667-VQ nömrəli Qanununun icrası ilə əlaqədar qərara alır:

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində  (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 2 (I kitab), maddə 202, № 3, maddələr 397, 403, 429, № 4, maddələr 631, 647, 654, № 5, maddələr 835, 846, № 6, maddələr 997, 1010, № 7, maddələr 1247, 1249, № 10, maddə 1608, № 11, maddələr 1769, 1774, 1781, 1783, 1786, 1788, № 12, maddələr 1984, 2000, 2009, 2024, 2049; 2017, № 1, maddə 21, № 2, maddələr 139, 147, 152, 162, № 3, maddələr 331, 344, № 5, maddələr 698, 701, 734, 749, 754, № 6, maddələr 1020, 1033, 1036, № 7, maddələr 1273, 1296, 1297, 1299, № 11, maddələr 1964, 1966, 1969, 1979, № 12 (I kitab), maddələr 2214, 2217, 2220, 2233, 2237, 2240, 2253, 2256, 2266; 2018, № 1, maddə 19, № 2, maddələr 160, 162, 163, № 3, maddələr 383, 401, 404, № 4, maddə 646, № 5, maddələr 857, 860, 862, 876, 883, № 6, maddələr 1153, 1188, № 7, I kitab, maddələr 1435, 1437, 1438, № 10, maddə 1963; Azərbaycan Respublikasının 2018-ci il 1 oktyabr tarixli 1248-VQD, 1254-VQD, 30 oktyabr tarixli 1301-VQD, 1307-VQD, 1317-VQD, 2 noyabr tarixli 1326-VQD, 30 noyabr tarixli 1357-VQD, 1363-VQD, 1371-VQD, 1377-VQD, 7 dekabr tarixli 1382-VQD, 18 dekabr tarixli 1398-VQD və 28 dekabr tarixli 1432-VQD  nömrəli qanunları) aşağıdakı dəyişikliklər edilsin:

1. 43.1-ci maddəyə "438.3," rəqəmlərindən sonra "440-1," rəqəmləri əlavə edilsin.
2. 54.2-ci maddəyə "410.3," rəqəmlərindən sonra "440-1.1 (dövlət orqanlarına (qurumlarına) və bələdiyyələrə münasibətdə), 440-1.2, 440-1.3," sözləri əlavə edilsin.
3. Aşağıdakı məzmunda 440-1-ci maddə əlavə edilsin:

"Maddə 440-1. Daşınar əmlakın yüklülüyü haqqında qanunvericiliyin pozulması

440-1.1. Daşınar əmlakın yüklülüyünün dövlət reyestrinə "Daşınar əmlakın yüklülüyü haqqında" Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş məlumatların təqdim edilməməsinə, habelə reyestrə bilərəkdən yanlış və natamam məlumatların təqdim edilməsinə görə -
fiziki şəxslər yüz əlli manat məbləğində, vəzifəli şəxslər yeddi yüz manat məbləğində, hüquqi şəxslər iki min beş yüz manat məbləğində cərimə edilir.
440-1.2. Daşınar əmlakın yüklülüyünün dövlət reyestrini aparan qurumun vəzifəli şəxsləri tərəfindən məlumatların saxlanılması və reyestrin aparılması qaydalarının pozulmasına görə -
vəzifəli şəxslər min manat məbləğində cərimə edilir.
440-1.3. "Daşınar əmlakın yüklülüyü haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada dövlət və bələdiyyə yüklülüyünün açıqlanmamasına görə -
vəzifəli şəxslər min beş yüz manat məbləğində cərimə edilir.".


Azərbaycan Respublikasının Prezidenti

 



Qanun layihəsinin müzakirəsində iştirak edin
Ad:
E-poçt:
Mövzu:
Mövzu:


Müəllif hüquqları qorunur.
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi