09.04.2019 "Fitosanitar nəzarəti haqqında" Azərbaycan Respublikasının Qanununda və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi barədə

Birinci oxunuş

Layihə


AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

"Fitosanitar nəzarəti haqqında" Azərbaycan Respublikasının Qanununda və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi barədə

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 11-ci və 17-ci bəndlərini rəhbər tutaraq qərara alır:

1. "Fitosanitar nəzarəti haqqında" Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 8, maddə 655; 2007, № 6, maddə 595; 2009, № 12, maddələr 948, 954, 968; 2011, № 2, maddə 71; 2014, № 10, maddə 1150; 2016, № 6, maddə 1013; 2017, № 5, maddə 713; 2018, № 4, maddə 641) aşağıdakı dəyişikliklər edilsin:

1.1. 3-cü maddə üzrə:

1.1.1. 3.0-cı maddədən "və xidməti" sözləri çıxarılsın;

1.1.2. 3.0.3-cü maddədə "qaydalarına və normativlərinə" sözləri "normalara" sözü ilə əvəz edilsin;

1.1.3. 3.0-cı maddə 3.1-ci maddə hesab edilsin və aşağıdakı məzmunda 3.2-ci maddə əlavə edilsin:

"3.2.   Dövlət fitosanitar xidməti aşağıdakıları əhatə edir:

3.2.1. fiziki və hüquqi şəxslər, habelə dövlət və yerli özünüidarəetmə orqanlarının müraciəti əsasında bitki və bitkiçilik məhsulları saxlanılan anbarlarda, bazarlarda, həyətyanı sahələrdə, fərdi və kollektiv bağ və bostan sahələrində, torpaqlarda, xüsusi mühafizə olunan təbiət ərazilərində və obyektlərində müayinələr, müşahidələr aparılmasını, profilaktika və bitki mühafizəsi sahəsində xidmətlərin həyata keçirilməsini;

3.2.2.  bitki və bitkiçilik məhsullarının istehsalı ilə məşğul olan hüquqi və fiziki şəxslərə onların müraciəti əsasında bitki mühafizəsi məsələlərinə, pestisidlərin, bioloji preparatların və digər bitki mühafizə vasitələrinin istifadəsi, saxlanılması və daşınması texnologiyasına və reqlamentinə dair tövsiyələr verilməsini;

3.2.3. əkin sahəsində və digər kənd təsərrüfatına yararlı torpaqlarda aqrokimyəvi tədqiqat işlərinin aparılmasını, sahələrə aqrokimyəvi pasportların verilməsini və kartoqramların hazırlanmasını.";

1.2. 7-ci maddə üzrə:

1.2.1. 7.2-ci maddəyə "fitosanitar nəzarətini" sözlərindən sonra "(dövlət sərhədinin buraxılış məntəqələrindən keçirilmiş yüklər (mallar, məhsullar) üzərində isə fitosanitar nəzarəti ilə bağlı tədbirləri gömrük orqanları ilə birlikdə)" sözləri əlavə edilsin;

1.2.2. aşağıdakı məzmunda 7.3-cü maddə əlavə edilsin:

"7.3.   Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fitosanitar nəzarətini bu Qanunun, sahibkarlara münasibətdə isə, həmçinin "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq həyata keçirir.";

1.3. 13.1-ci maddənin birinci cümləsinə "qanunvericilikdə nəzərdə tutulmuş qaydada" sözlərindən sonra "müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun)" sözləri, ikinci cümləsinə "qaydada" sözündən sonra "(dövlət sərhədinin buraxılış məntəqələrində istisna olmaqla)" sözləri əlavə edilsin;

1.4. 22.1-ci maddəyə "qanunvericilikdə nəzərdə tutulmuş qaydada" sözlərindən sonra "müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən" sözləri əlavə edilsin;

1.5. 34-cü maddə üzrə:

1.5.1. 34.3-cü maddədə "hüquqi və fiziki şəxslərə göstərilən aşağıdakı dövlət fitosanitar xidmətləri həmin" sözləri "aşağıdakı fitosanitar tədbirləri və dövlət fitosanitar xidmətləri hüquqi və fiziki" sözləri ilə əvəz edilsin;

1.5.2. aşağıdakı məzmunda 34.6-cı maddə əlavə edilsin:

"34.6. Bu Qanunun 34.3-cü maddəsində nəzərdə tutulmuş tədbirlərə və xidmətlərə ("Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulanlar istisna olmaqla) görə alınan xidmət haqqı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.".

2. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 2 (I kitab), maddə 202, № 3, maddələr 397, 403, 429, № 4, maddələr 631, 647, 654, № 5, maddələr 835, 846, № 6, maddələr 997, 1010, № 7, maddələr 1247, 1249, № 10, maddə 1608, № 11, maddələr 1769, 1774, 1781, 1783, 1786, 1788, № 12, maddələr 1984, 2000, 2009, 2024, 2049; 2017, № 1, maddə 21, № 2, maddələr 139, 147, 152, 162, № 3, maddələr 331, 344, № 5, maddələr 698, 701, 734, 749, 754, № 6, maddələr 1020, 1033, 1036, № 7, maddələr 1273, 1296, 1297, 1299, № 11, maddələr 1964, 1966, 1969, 1979, № 12 (I kitab), maddələr 2214, 2217, 2220, 2233, 2237, 2240, 2253, 2256, 2266; 2018, № 1, maddə 19, № 2, maddələr 160, 162, 163, № 3, maddələr 383, 401, 404, № 4, maddə 646, № 5, maddələr 857, 860, 862, 876, 883, № 6, maddələr 1153, 1188; Azərbaycan Respublikasının 2018-ci il 29 iyun tarixli 1219-VQD, 1221-VQD və 1226-VQD nömrəli qanunları) 288.0.1-ci maddəsi ləğv edilsin.

 

Azərbaycan Respublikasının Prezidenti



Qanun layihəsinin müzakirəsində iştirak edin
Ad:
E-poçt:
Mövzu:
Mövzu:


Müəllif hüquqları qorunur.
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi