23.04.2019 Azərbaycan Respublikasının Mülki Məcəlləsində, Azərbaycan Respublikasının Vergi Məcəlləsində, Azərbaycan Respublikasının Mənzil Məcəlləsində, Azərbaycan Respublikasının Gömrük Məcəlləsində dəyişiklik edilməsi barədə

İkinci oxunuş

Layihə


AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Azərbaycan Respublikasının Mülki Məcəlləsində, Azərbaycan Respublikasının Vergi Məcəlləsində, Azərbaycan Respublikasının Mənzil Məcəlləsində, Azərbaycan Respublikasının Gömrük Məcəlləsində dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 10-cu, 11-ci, 15-ci, 25-ci və 27-ci bəndlərini rəhbər tutaraq, "Mühasibat uçotu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2018-ci il 4 may tarixli 1140-VQD nömrəli Qanununun icrası ilə əlaqədar qərara alır:

Maddə 1. Azərbaycan Respublikasının Mülki Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 4, I kitab, maddə 250, № 5, maddə 323; 2002, № 12, maddə 709; 2003, № 8, maddə 420; 2004, № 3, maddə 123, № 5, maddə 318, № 6, maddə 415, № 10, maddə 761, № 11, maddə 901; 2005, № 2, maddə 61, № 6, maddə 466, № 8, maddələr 684, 692, 693, № 11, maddə 996, № 12, maddə 1085; 2006, № 2, maddə 68, № 3, maddə 225, № 5, maddə 387, № 6, maddə 478, № 8, maddə 657, № 12, maddə 1005; 2007, № 2, maddə 80, № 6, maddə 560, № 8, maddə 745, № 10, maddə 937, № 11, maddə 1053, № 12, maddələr 1215, 1219; 2008, № 3, maddə 145, № 6, maddə 456, № 7, maddə 602, № 12, maddə 1049; 2009, № 2, maddə 47, № 5, maddə 295, № 6, maddə 404, № 7, maddə 517; 2010, № 2, maddə 75, № 3, maddə 171, № 4, maddələr 265, 266, 276; 2011, № 2, maddə 71, № 7, maddə 586, № 8, maddə 750, № 12, maddələr 1073, 1102; 2012, № 1, maddə 5, № 5, maddə 403, № 6, maddə 498; 2013, № 1, maddə 15, № 6, maddə 620, № 11, maddə 1280, № 12, maddələr 1469, 1478; 2014, № 2, maddə 96, № 7, maddə 768; 2015, № 3, maddə 254, № 5, maddə 512, № 7, maddə 814, № 10, maddə 1093; 2016, № 1, maddə 26, № 2, I kitab, maddələr 186, 204, № 3, maddə 401, № 4, maddələr 640, 646, № 6, maddə 1005, № 7, maddə 1248, № 12, maddələr 1998, 2018; 2017, № 2, maddələr 151, 153; № 4, maddə 524, № 5, maddələr 703, 735, № 6, maddə 1035, № 11, maddə 1953, № 12, I kitab, maddələr 2210, 2234, 2239; 2018, № 2, maddə 142, № 4, maddə 650, № 5, maddələr 845, 851, № 11, 2212, № 12, I kitab, maddələr 2467, 2518, 2526, 2533; 2019, № 1, maddələr 23, 50) aşağıdakı dəyişikliklər edilsin:
1.1. 90.5-ci maddənin ikinci cümləsində "mühasibat hesabatının" sözləri "maliyyə hesabatlarının" sözləri ilə əvəz edilsin;
1.2. 91.3.3-cü, 91-3.5-ci və 111.3.4-cü maddələrdə "mühasibat balanslarını" sözləri "maliyyə hesabatlarını" sözləri ilə əvəz edilsin;
1.3. 91.4-cü maddənin birinci cümləsinə "cəmiyyət" sözündən sonra "(mikro və  kiçik sahibkarlıq subyektləri istisna olmaqla)" sözləri əlavə edilsin və həmin maddənin birinci və ikinci cümlələrində "hesabatının" sözü "hesabatlarının" sözü ilə əvəz edilsin;
1.4. 99.2-ci maddədə "mühasibat balansını" sözləri "maliyyə hesabatlarını (mikro və kiçik sahibkarlıq subyektləri istisna olmaqla)" sözləri ilə əvəz edilsin;
1.5. 106-1.3.2-ci maddədə və 112.1-ci maddənin üçüncü cümləsində "mühasibat balansı" sözləri "maliyyə hesabatları" sözləri ilə əvəz edilsin;
1.6. 107.1.4-cü maddədə "mühasibat balanslarını, mənfəət və zərər hesablarını" sözləri "maliyyə hesabatlarını" sözləri ilə əvəz edilsin;
1.7. 107.6-cı maddənin birinci cümləsində "hesabatının" sözü "hesabatlarının" sözü ilə əvəz edilsin.

Maddə 2. Azərbaycan Respublikasının Vergi Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 8, I kitab, maddə 583; 2001, № 7, maddə 454, № 9, maddə 576, № 12, maddə 734; 2002, № 5, maddə 249, № 12, maddə 707; 2003, № 8, maddə 425, № 12 (I kitab), maddə 671; 2004, № 1, maddə 1, № 11, maddə 887, № 12, maddə 980; 2005, № 2, maddə 61, № 8, maddə 688, № 12, maddə 1081; 2006, № 12, maddələr 1005, 1026; 2007, № 1, maddə 4, № 6, maddə 597, № 8, maddə 745, № 11, maddə 1053, № 12, maddə 1192; 2008, № 7, maddə 602, № 11, maddə 960; 2009, № 7, maddə 506; 2011, № 1, maddə 14, № 7, maddələr 588, 603, № 12, maddə 1115; 2012, № 6, maddələr 500, 513, № 7, maddə 652, № 9, maddə 841, № 12, maddə 1226; 2013, № 2, maddə 91, № 4, maddə 366, № 11, maddə 1278, № 12, maddələr 1483, 1486, 1495; 2014, № 2, maddələr 94, 98, № 6, maddə 608, № 7, maddə 770, № 8, maddə 957, № 10, maddə 1158, № 12, maddə 1525; 2015, № 1, maddə 11, № 12, maddə 1433; 2016, № 2, I kitab, maddə 207, № 3, maddələr 396, 402, № 5, maddə 848, № 6, maddələr 973, 974, 1015, № 7, maddə 1245, № 10, maddə 1603, № 11, maddələr 1752, 1792, 1793, № 12, maddələr 2001, 2037, 2046; 2017, № 2, maddə 146, № 5, maddələr 695, 723, 737, № 6, maddə 1055, № 7, maddə 1304, № 8, maddə 1509, № 12 (I kitab), maddələr 2219, 2251, 2270; 2018, № 2, maddə 149; № 5, maddə 863, № 6, maddə 1193; № 7 (I kitab), maddələr 1414, 1427, № 10, maddə 1962, № 11, maddələr 2186, 2210, № 12, maddələr 2498, 2509; 2019, № 1, maddə 30) aşağıdakı dəyişikliklər edilsin:
2.1. 16.1.7-ci və 67.1-ci (üçüncü halda) maddələrə "mühasibat" sözündən sonra "uçotu" sözü əlavə edilsin;
2.2. aşağıdakı məzmunda 24.0.1-2-ci maddə əlavə edilsin:
"24.0.1-2. "Mühasibat uçotu haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallarda mühasibat uçotu sahəsində dövlət nəzarətini həyata keçirməyə;";
2.3. 34.7-ci maddədə "mühasibat" sözü "maliyyə" sözü ilə əvəz edilsin.

Maddə 3. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 8, maddə 612; 2011, № 12, maddə 1108; 2012, № 6, maddə 501; 2017, № 5, maddə 732, № 7, maddə 1298, № 11, maddə 2190; 2019, № 1, maddə 14) 128.0.7-ci maddəsi aşağıdakı redaksiyada verilsin:
"128.0.7. cəmiyyət iştirakçılarının siyahısını, kargüzarlığı, mühasibat uçotunu aparmaq və maliyyə hesabatlarını tərtib etmək;".

Maddə 4. Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, № 9, maddə 787; 2014, № 10, maddə 1155, № 11, maddə 1368; 2016, № 11, maddə 1791; 2017, № 3, maddə 339, № 7, maddə 1303, № 8, maddə 1510; 2018, № 1, maddə 30, № 11, maddə 2211; 2019, № 1, madddələr 30; Azərbaycan Respublikasının 2018-ci il 28 dekabr tarixli 1431-VQD nömrəli qanunları) 70.2-ci maddəsinə "mühasibat" sözündən sonra "uçotu" sözü əlavə edilsin.

 

Azərbaycan Respublikasının Prezidenti

 



Qanun layihəsinin müzakirəsində iştirak edin
Ad:
E-poçt:
Mövzu:
Mövzu:


Müəllif hüquqları qorunur.
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi