13.06.2019 "Dövlət rüsumu haqqında" və "Təhsil haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə

İkinci oxunuş

Layihə

 

"Dövlət rüsumu haqqında" və "Təhsil haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci və 15-ci  bəndlərini rəhbər tutaraq qərara alır:

Maddə 1. "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 12, maddə 740; 2002, № 12, maddə 706; 2003, № 1, maddə 23, № 8, maddə 428, № 12 (I kitab), maddələr 676, 698; 2005, № 1, maddə 1, № 6, maddə 462, № 8, maddə 684, № 10, maddələr 873, 905, № 12, maddə 1083; 2006, № 3, maddələr 223, 225, № 6, maddə 481, № 12, maddələr 1015, 1029; 2007, № 2, maddə 80, № 12, maddə 1203; 2008, № 3, maddə 158, № 6, maddə 462, № 7, maddə 602, № 12, maddə 1047; 2009, № 1, maddə 5, № 2, maddə 56, № 3, maddə 160, № 7, maddə 519, № 12, maddə 947; 2010, № 4, maddə 276, № 6, maddə 485, № 10, maddə 840, № 11, maddə 939; 2011, № 1, maddə 12, № 4, maddələr 245, 264, № 11, maddə 985, № 12, maddə 1100; 2012, № 1, maddə 4, № 6, maddələr 508, 518, № 7, maddə 646, № 10, maddə 947, № 12, maddələr 1216, 1227, 1229; 2013, № 3, maddə 213, № 5, maddə 474, № 11, maddələr 1269, 1279, 1299, 1301, 1308, № 12, maddələr 1485, 1504; 2014, № 1, maddə 6, № 5, maddə 468, № 6, maddələr 603, 605, № 7, maddələr 774, 780, № 11, maddələr 1345, 1370; 2015, № 12, maddə 1432; 2016, № 1, maddələr 15, 36, № 4, maddə 630, № 5, maddə 849, № 6, maddə 1014, № 10, maddə 1605, № 11, maddələr 1753, 1776, 1780, 1790, № 12, maddələr 2006, 2051; 2017, № 3, maddələr 337, 341, № 5, maddə 742, № 6, maddə 1028, № 7, maddə 1308, № 8, maddə 1506, № 12 (I kitab), maddə 2265; 2018, № 3, maddə 405, № 4, maddələr 639, 647, № 6, maddələr 1186, 1194, № 7, maddələr 1415, 1444, № 8, maddə 1675, № 12 (I kitab), maddə 2489; 2019, № 1, maddə 45; Azərbaycan Respublikasının 2019-cu il 19 fevral tarixli 1508 nömrəli və 29 mart tarixli 1550-VQD nömrəli qanunları) aşağıdakı dəyişikliklər edilsin:

1.1. aşağıdakı məzmunda 2.0.18-1-ci maddə əlavə edilsin:

"2.0.18-1. təhsil müəssisələrinin akkreditasiyasının keçirilməsi;";

1.2. 22.0.5.1-ci maddəyə "məktəbəqədər" sözündən əvvəl "dövlət məktəbəqədər təhsil müəssisələri istisna olmaqla," sözləri əlavə edilsin;

1.3. 22.0.5.2-ci maddəyə "ümumi" sözündən əvvəl "dövlət ümumi təhsil müəssisələri istisna olmaqla," sözləri əlavə edilsin;

1.4. aşağıdakı məzmunda 32-1-ci maddə əlavə edilsin:

"Maddə 32-1. Təhsil müəssisələrinin akkreditasiyasının keçirilməsinə görə tutulan dövlət rüsumunun dərəcələri

Dövlət rüsumu tutulmalı olan hərəkətlər

Dövlət rüsumunun məbləği

32-1.1. məktəbəqədər təhsil müəssisələri

2000 manat

32-1.2. ümumi təhsil müəssisələri

5000 manat

32-1.3. məktəbdənkənar təhsil müəssisələri

5000 manat

32-1.4. peşə təhsili müəssisələri

10000 manat

32-1.5. orta ixtisas təhsili müəssisələri

12000 manat

32-1.6. ali təhsil müəssisələri

20000 manat

32-1.7. əlavə təhsil müəssisələri

12000 manat

32-1.8. təhsil fəaliyyətini həyata keçirən digər müəssisələr

12000 manat

Maddə 2. "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 9, maddə 684; 2011, № 2, maddə 70; 2014, № 1, maddə 3; 2015, № 11, maddə 1266; 2016, № 1, maddə 41, № 11, maddə 1766; 2017, № 2, maddə 145, № 5, maddə 691, № 7, maddələr 1277, 1300, № 12 (I kitab), maddə 2202; 2018, № 7 (I kitab), maddələr 1381, 1409; № 11, maddə 2208) aşağıdakı dəyişikliklər edilsin:

2.1. 1.0.38-ci maddədə "baza ali" sözləri "əsas (baza ali)" sözləri ilə əvəz edilsin;

2.2. aşağıdakı məzmunda 14.17-1-ci maddə əlavə edilsin:

"14.17-1. Azərbaycan Respublikasında fəaliyyət göstərən bütün təhsil müəssisələri "Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi"nə qoşulmalıdırlar.";

2.3. 16.1-ci maddə üzrə:
2.3.1. birinci cümlədə "müvafiq icra hakimiyyəti orqanından xüsusi razılıq (lisenziya)" sözləri "lisenziya" sözü ilə əvəz edilsin;
2.3.2.  ikinci cümlədə "xüsusi razılıq (lisenziya)" sözləri "lisenziya" sözü ilə əvəz edilsin;

2.4. 16.5-ci maddədə "xüsusi razılıq (lisenziya)" sözləri "lisenziya" sözü ilə əvəz edilsin;

2.5.  22.8-ci maddədən "və elmi-pedaqoji" sözləri çıxarılsın;

2.6.  24.4-cü maddədə "xüsusi razılıq" sözləri "lisenziya" sözü ilə əvəz edilsin;

2.7. 26.1-ci maddədə "26.5-ci maddəsində" sözləri "26.5-ci və 26.5-3-cü maddələrində" sözləri ilə əvəz edilsin;

2.8. 26.1-1-ci maddədə "baza ali" sözləri "əsas (baza ali)" sözləri ilə əvəz edilsin;

2.9.  29.0.11-ci maddə aşağıdakı redaksiyada verilsin:

"29.0.11. "Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi", "Tələbə-məzun" və "Şagird-məzun" dövlət elektron məlumat sistemlərini yaratmaq və onlardan istifadəni təmin etmək;";
2.10. 29.0.12-ci maddədən "və proqramlarını (kurrikulumlarını)" sözləri çıxarılsın;

2.11. 30.2-ci maddəsinin birinci cümləsində "orqanı" sözü "orqanının müəyyən etdiyi orqan (qurum)" sözləri ilə əvəz edilsin;

2.12. 31.0.1-ci maddəyə "doktorantlar," sözündən sonra "adyunktlar" sözü əlavə edilsin;
2.13.  32.3.15-ci maddəyə "ümumi təhsil" sözlərindən sonra "peşə təhsili" sözləri əlavə edilsin.

 

Azərbaycan Respublikasının Prezidenti 



Qanun layihəsinin müzakirəsində iştirak edin
Ad:
E-poçt:
Mövzu:
Mövzu:


Müəllif hüquqları qorunur.
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi