30.05.2019 "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

Birinci oxunuş

Layihə


AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

"Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alır:

Maddə 1. "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 12, maddə 740; 2002, № 12, maddə 706; 2003, № 1, maddə 23, № 8, maddə 428, № 12 (I kitab), maddələr 676, 698; 2005, № 1, maddə 1, № 6, maddə 462, № 8, maddə 684, № 10, maddələr 873, 905, № 12, maddə 1083; 2006, № 3, maddələr 223, 225, № 6, maddə 481, № 12, maddələr 1015, 1029; 2007, № 2, maddə 80, № 12, maddə 1203; 2008, № 3, maddə 158, № 6, maddə 462, № 7, maddə 602, № 12, maddə 1047; 2009, № 1, maddə 5, № 2, maddə 56, № 3, maddə 160, № 7, maddə 519, № 12, maddə 947; 2010, № 4, maddə 276, № 6, maddə 485, № 10, maddə 840, № 11, maddə 939; 2011, № 1, maddə 12, № 4, maddələr 245, 264, № 11, maddə 985, № 12, maddə 1100; 2012, № 1, maddə 4, № 6, maddələr 508, 518, № 7, maddə 646, № 10, maddə 947, № 12, maddələr 1216, 1227, 1229; 2013, № 3, maddə 213, № 5, maddə 474, № 11, maddələr 1269, 1279, 1299, 1301, 1308, № 12, maddələr 1485, 1504; 2014, № 1, maddə 6, № 5, maddə 468, № 6, maddələr 603, 605, № 7, maddələr 774, 780, № 11, maddələr 1345, 1370; 2015, № 12, maddə 1432; 2016, № 1, maddələr 15, 36, № 4, maddə 630, № 5, maddə 849, № 6, maddə 1014, № 10, maddə 1605, № 11, maddələr 1753, 1776, 1780, 1790, № 12, maddələr 2006, 2051; 2017, № 3, maddələr 337, 341, № 5, maddə 742, № 6, maddə 1028, № 7, maddə 1308, № 8, maddə 1506, № 12 (I kitab), maddə 2265; 2018, № 3, maddə 405, № 4, maddələr 639, 647, № 6, maddələr 1186, 1194, № 7, maddələr 1415, 1444, № 8, maddə 1675, № 12 (I kitab), maddə 2489; 2019, № 1, maddə 45; Azərbaycan Respublikasının 2019-cu il 19 fevral tarixli 1508 nömrəli və 29 mart tarixli 1550-VQD nömrəli qanunları) aşağıdakı dəyişikliklər edilsin:

1.1. 14.8-ci maddə aşağıdakı redaksiyada verilsin:

14.8. Azərbaycan Respublikasının ərazisində müvəqqəti və ya daimi yaşamaq üçün icazə vəsiqələrinin verilməsinə və müddətinin uzadılmasına görə:

 

14.8.1. yetkinlik yaşına çatmış əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqəsinin verilməsinə və müddətinin uzadılmasına görə:

 

14.8.1.1. on beş iş günü müddətində verildikdə və ya müddəti uzadıldıqda

 

14.8.1.1.1. 3 ayadək

40 manat

14.8.1.1.2. 6 ayadək

80 manat

14.8.1.1.3. 1 ilədək

160 manat

14.8.1.1.4. 1 il 6 ayadək

240 manat

14.8.1.1.5. 2 ilədək

320 manat

14.8.1.1.6. 2 il 6 ayadək

400 manat

14.8.1.1.7. 3 ilədək

480 manat

14.8.1.2. iyirmi iş günü müddətində verildikdə və ya müddəti uzadıldıqda

 

14.8.1.2.1. 3 ayadək

30 manat

14.8.1.2.2. 6 ayadək

60 manat

14.8.1.2.3. 1 ilədək

120 manat

14.8.1.2.4. 1 il 6 ayadək

180 manat

14.8.1.2.5. 2 ilədək

240 manat

14.8.1.2.6. 2 il 6 ayadək

300 manat

14.8.1.2.7. 3 ilədək

360 manat

14.8.2. yetkinlik yaşına çatmayan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqəsinin verilməsinə və müddətinin uzadılmasına görə:

 

14.8.2.1. on beş iş günü müddətində verildikdə və ya müddəti uzadıldıqda

 

14.8.2.1.1. 3 ayadək

25 manat

14.8.2.1.2. 6 ayadək

50 manat

14.8.2.1.3. 1 ilədək

100 manat

14.8.2.1.4. 1 il 6 ayadək

150 manat

14.8.2.1.5. 2 ilədək

200 manat

14.8.2.1.6. 2 il 6 ayadək

250 manat

14.8.2.1.7. 3 ilədək

300 manat

14.8.2.2. iyirmi iş günü müddətində verildikdə və ya müddəti uzadıldıqda

 

14.8.2.2.1. 3 ayadək

15 manat

14.8.2.2.2. 6 ayadək

30 manat

14.8.2.2.3. 1 ilədək

60 manat

14.8.2.2.4. 1 il 6 ayadək

90 manat

14.8.2.2.5. 2 ilədək

120 manat

14.8.2.2.6. 2 il 6 ayadək

150 manat

14.8.2.2.7. 3 ilədək

180 manat

14.8.3. Azərbaycan Respublikasının ali və orta ixtisas təhsili müəssisələrində əyani formada, habelə ümumtəhsil müəssisələrində təhsil alan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqəsinin verilməsinə və müddətinin uzadılmasına görə:

 

14.8.3.1. on beş iş günü müddətində verildikdə və ya müddəti uzadıldıqda

 

14.8.3.1.1. 1 illik

60 manat

14.8.3.1.2. 2 illik (müvəqqəti yaşamaq üçün icazə vəsiqəsinin müddəti uzadıldıqda)

120 manat

14.8.3.2. iyirmi iş günü müddətində verildikdə və ya müddəti uzadıldıqda

 

14.8.3.2.1.  1 illik

40 manat

14.8.3.2.2.  2 illik (müvəqqəti yaşamaq üçün icazə vəsiqəsinin müddəti uzadıldıqda)

80 manat

14.8.4.  yetkinlik yaşına çatmış əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazə vəsiqəsinin verilməsinə və müddətinin uzadılmasına görə:

 

14.8.4.1. otuz beş gün müddətində verildikdə və ya müddəti uzadıldıqda

450 manat

14.8.4.2. qırx  gün müddətində verildikdə və ya müddəti uzadıldıqda

400 manat

14.8.4.3.  əlli  gün müddətində verildikdə və ya müddəti uzadıldıqda

350 manat

14.8.4.4. altmış  gün müddətində verildikdə və ya müddəti uzadıldıqda

300 manat

14.8.5. yetkinlik yaşına çatmayan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazə vəsiqəsinin verilməsinə və müddətinin uzadılmasına görə:

 

14.8.5.1. otuz beş gün müddətində verildikdə və ya müddəti uzadıldıqda

300 manat

14.8.5.2. qırx gün müddətində verildikdə və ya müddəti uzadıldıqda

250 manat

14.8.5.3.  əlli gün müddətində verildikdə və ya müddəti uzadıldıqda

200 manat

14.8.5.4. altmış gün müddətində verildikdə və ya müddəti uzadıldıqda

150 manat


1.2.   14.15-ci və 14.15-1-ci maddələr aşağıdakı redaksiyada verilsin:


14.15. Yetkinlik yaşına çatmış əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə ölkədə müvəqqəti olma müddətinin uzadılması barədə qərarın verilməsinə görə:

 

14.15.1. bir iş günü müddətində verildikdə

 

14.15.1.1. 30 günədək

50 manat

14.15.1.2. 60 günədək

100 manat

14.15.2. üç iş günü müddətində verildikdə

 

14.15.2.1. 30 günədək

30 manat

14.15.2.2. 60 günədək

60 manat

14.15-1. Yetkinlik yaşına çatmayan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə ölkədə müvəqqəti olma müddətinin uzadılması barədə qərarın verilməsinə görə:

 

14.15-1.1. bir iş günü müddətində verildikdə

 

14.15-1.1.1. 30 günədək

30 manat

14.15-1.1.2. 60 günədək

60 manat

14.15-1.2. üç iş günü müddətində verildikdə

 

14.15-1.2.1. 30 günədək

15 manat

14.15-1.2.2. 60 günədək

30 manat


1.2. 18.58-ci maddə aşağıdakı redaksiyada verilsin:
"18.58. Azərbaycan Respublikasının ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə iş icazəsinin verilməsinə və müddətinin uzadılmasına görə:
18.58.1. on iş günü müddətində verildikdə və ya müddəti uzadıldıqda
18.58.1.1. 3 ayadək - 700 manat;
18.58.1.2. 6 ayadək - 900 manat;
18.58.1.3. 1 ilədək - 1400 manat.
18.58.2. on beş iş günü müddətində verildikdə və ya müddəti uzadıldıqda
18.58.2.1. 3 ayadək - 500 manat;
18.58.2.2. 6 ayadək - 700 manat;
18.58.2.3. 1 ilədək - 1200 manat.
18.58.3. iyirmi iş günü müddətində verildikdə və ya müddəti uzadıldıqda
18.58.3.1. 3 ayadək - 350 manat;
18.58.3.2. 6 ayadək - 600 manat;
18.58.3.3. 1 ilədək - 1000 manat.".

Maddə 2. Bu Qanun 2019-cu il iyulun 1-dən qüvvəyə minir.

 

Azərbaycan Respublikasının Prezidenti 

 



Qanun layihəsinin müzakirəsində iştirak edin
Ad:
E-poçt:
Mövzu:
Mövzu:


Müəllif hüquqları qorunur.
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi