19.11.2019 "Azərbaycan Respublikasının Hərbi-Dəniz bayraqları haqqında" və "Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi qaydaları haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə

İkinci oxunuş

Layihə


 "Azərbaycan Respublikasının Hərbi-Dəniz bayraqları haqqında" və Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi qaydaları haqqında"
Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 18-ci bəndini rəhbər tutaraq qərara alır:

1.   "Azərbaycan Respublikasının Hərbi-Dəniz bayraqları haqqında" Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 2, maddə 62) aşağıdakı dəyişikliklər edilsin:

1.1. həmin Qanunla təsdiq edilmiş 1 nömrəli əlavə — "Azərbaycan Respublikasının Hərbi-Dəniz bayraqları haqqında Əsasnamə"nin 8-ci hissəsindən "və Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali komandanlığına" sözləri çıxarılsın;

1.2. həmin Qanunla təsdiq edilmiş 2 nömrəli əlavə — "Azərbaycan Respublikasının Hərbi-Dəniz bayraqlarının Təsviri"nin 4-cü hissəsi ləğv edilsin;

1.3. "Şəkil 4. Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin Ali Baş Komandanının bayrağı" ləğv edilsin.

2.   "Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi qaydaları haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 7, maddə 515; 2005, № 10, maddə 874; 2010, № 4, maddə 276; 2013, № 11, maddə 1303) 8.2-ci maddəsinə "digər dövlətlərin" sözlərindən əvvəl "Azərbaycan Respublikası Silahlı Qüvvələri Ali Baş Komandanının bayrağı," sözləri əlavə edilsin.



Qanun layihəsinin müzakirəsində iştirak edin
Ad:
E-poçt:
Mövzu:
Mövzu:


Müəllif hüquqları qorunur.
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi