19.11.2019 "Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

İkinci oxunuş

 Layihə


"Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU


Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 20-ci bəndini rəhbər tutaraq, "Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikasının 2019-cu il 9 aprel tarixli 1561-VQD nömrəli Qanununun tətbiqi ilə əlaqədar qərara alır:

"Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında" Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018,  № 7 (I kitab), maddə 1397; Azərbaycan Respublikasının 2019-cu il 3 may tarixli 1582- VQD nömrəli Qanunu) aşağıdakı dəyişikliklər edilsin:

1. Aşağıdakı məzmunda 5.5-ci maddə əlavə edilsin:

"5.5. ƏMTQ üzrə qiymətləndirici tərəfindən ƏMTQ sənədinə yalan məlumatların daxil edilməsinə yol verilmir.".

2.  8.8-ci maddəyə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:

"ƏMTQ üzrə qiymətləndirici tərəfindən SEQ sənədinə yalan məlumatların daxil edilməsinə yol verilmir.".



Qanun layihəsinin müzakirəsində iştirak edin
Ad:
E-poçt:
Mövzu:
Mövzu:


Müəllif hüquqları qorunur.
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi