29.11.2019 "Tibbi sığorta haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

II oxunuş

Layihə


"Tibbi sığorta haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU


Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 27-ci bəndini rəhbər tutaraq qərara alır:

Maddə 1. "Tibbi sığorta haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 1, maddə 4; 2001, № 3, maddə 141; 2007, № 12, maddə 1212; 2008, № 11, maddə 960; 2014, № 4, maddə 331; 2015, № 4, maddə 352; 2016, № 03, maddə 419; 2018, № 4, maddə 651 2019, № 1, maddələr 36, 47) aşağıdakı dəyişikliklər edilsin:

1.1. 1.0.1-ci maddədən "baza və əlavə hissələrdən ibarət olmaqla" sözləri çıxarılsın;

1.2. 1.0.2-ci, 1.0.3-cü, 1.0.11-ci, 1.0.12-ci, 4.4-cü, 15-5.2.1-ci, 15-9.0.7-ci, 15-10.1.1-ci, 15-10.1.2-ci, 15-10.1.7-ci, 15-10.1.8-ci 15-11.10-cu, 15-11.11-ci, 15-11.12-ci, 15-11.17-ci, 15-11.18-ci, 15-16.0.5-ci,  15-20.2-ci, 15-20.3-cü və 15-25.2-ci maddələr ləğv edilsin;

1.3. 1.0.6-cı, 1.0.7-ci, 1.0.8-ci, 1.0.10-cu və 1.0.14-cü maddələr aşağıdakı redaksiyada verilsin:

"1.0.6. sığortalı - bu Qanunda nəzərdə tutulmuş hallarda öz adından və ya sığortaolunan adından sığorta haqqı ödəyən şəxs;

1.0.7. sığortaolunan - sağlamlığı icbari və ya könüllü qaydada sığortalanmış fiziki şəxslər;

1.0.8. sığorta ödənişi - sığorta hadisəsi baş verdikdə icbari tibbi sığortaya münasibətdə xidmətlər zərfinə və tariflərə, könüllü tibbi sığortaya münasibətdə isə könüllü tibbi sığorta müqaviləsinə uyğun olaraq bu Qanunla nəzərdə tutulmuş qaydada tibb müəssisəsinə və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxsə ödənilən maliyyə vəsaiti;

1.0.10. sığorta hadisəsi - bu Qanuna əsasən sığorta ödənişinin ödənilməsi üçün əsas olan hadisə və ya yaranan hal (o cümlədən profilaktik tədbirlər);

1.0.14. tibbi ərazi bölməsi - müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun tabeliyinə verilən dövlət səhiyyə sisteminə daxil olan tibb müəssisələrinin inzibati ərazi vahidləri üzrə qruplaşdırılması;";

1.4. 1.0.9-cu maddədə "sığorta ili" sözləri "təqvim ili" sözləri ilə əvəz edilsin;

1.5. aşağıdakı məzmunda 1.0.15-ci maddə əlavə edilsin:

1.0.15. müştərək maliyyələşmə məbləği - sığorta hadisəsi nəticəsində yaranan itkilərin və ya dəyən zərərin icbari tibbi sığorta təminatı ilə əhatə olunmayan və sığortaolunan tərəfindən ödənilən hissəsidir.";

1.6. 1.0.13-cü, 7.1.2-ci, 7.1.4-cü, 7.1.5-ci, 13.1.1-ci, 13.1.2-ci, 13.2.1-ci, 13.2.3-cü və 15-ci maddələrdə ismin müvafiq hallarında "tibb təchizatçısı və ya tibbi ərazi bölməsi" sözləri ismin müvafiq hallarında "tibb müəssisəsi" sözləri ilə əvəz edilsin;

1.7. 2-1-ci maddədə ", tibb təchizatçıları və tibbi ərazi bölmələridir" sözləri "və tibb müəssisələridir" sözləri ilə əvəz edilsin;

1.8. 5.3-cü və 16.3-cü maddələrdə ismin müvafiq hallarında "təchizatçılar" sözü ismin müvafiq hallarında "müəssisələr" sözü ilə əvəz edilsin;

1.9. 13.1.3-cü maddədə "tibb təchizatçısının, tibbi ərazi bölməsinin" sözləri "tibb müəssisəsinin" sözləri ilə əvəz edilsin;

1.10. 15-2-ci maddə üzrə:

1.10.1. 15-2.1-ci və 15-2.2-ci maddələr ləğv edilsin;

1.10.2. 15-2.3-cü maddədən "Xidmətlər zərfinin əlavə hissəsinə münasibətdə sığortaolunanlar" sözləri "Sığortaolunanlar" sözü ilə əvəz edilsin;

1.10.3. 15-2.3.3.7-ci maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 15-2.3.3.8-ci maddəəlavə edilsin:

"15-2.3.3.8. Azərbaycan Respublikasında qaçqın statusu almış və BMT-nin Qaçqınlar üzrə Ali komissarının Azərbaycan Respublikasındakı nümayəndəliyi tərəfindən himayəyə götürülmüş əcnəbilər və vətəndaşlığı olmayan şəxslər;";

1.10.4. 15-2.3.4-cü maddə aşağıdakı redaksiyada verilsin:

"15-2.3.4. Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əsasən sahibkarlıq fəaliyyətinin və ya digər vergi tutulan əməliyyatlarının müvəqqəti dayandırıldığı hallar istisna olmaqla, vergi ödəyicisi kimi vergi uçotuna alınmış fiziki şəxslər (fərdi sahibkarlar, xüsusi notariuslar, vəkillər kollegiyasının üzvləri, sərbəst auditorlar, sərbəst mühasiblər)";

1.10.5. 15-2.4-cü maddədən "neft-qaz sahəsində fəaliyyət göstərən və dövlət sektoruna aid edilən sığortalılarda" sözləri çıxarılsın;

1.10.6. 15-2.5-ci maddə aşağıdakı redaksiyada verilsin:

"15-2.5. Bu Qanunun 15-2.3-cü maddəsində nəzərdə tutulan şəxslərə münasibətdə (bu Qanunun 15-10.1.2.2-ci maddəsində nəzərdə tutulan sığorta haqqı üzrə) sığortalı qismində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) çıxış edir.";

1.10.7. 15.2.6-cı maddədə "15-2.3.4-cü - 15-2.3.6-cı" sözləri "15-2.3.4-cü və 15-2.3.6-cı" sözləri ilə əvəz edilsin;

1.10.8. 15-2.7-ci və 15-2.8-ci maddələr aşağıdakı redaksiyada verilsin:

"15-2.7. Mülki-hüquqi xarakterli müqavilələr əsasında işləri (xidmətləri) yerinə yetirən fiziki şəxslərə münasibətdə sığortaolunan qismində onları işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edən şəxslər çıxış edir.

15-2.8. Bu Qanun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçulara, istintaq təcridxanalarında saxlanılan təqsirləndirilən şəxslərə, cəzaçəkmə müəssisələrində (məntəqə tipli cəzaçəkmə müəssisələri istisna olmaqla) cəza çəkən şəxslərə, Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinə əsasən Azərbaycan Respublikasında müvəqqəti olan və müvəqqəti yaşayan şəxslərə şamil edilmir.";

1.11. 15-3-cü maddə üzrə:

1.11.1. adında "Tibbi ərazi bölmələrinin və tibb təchizatçılarının" sözləri "Tibb müəssisələrinin" sözləri ilə əvəz edilsin;

1.11.2. 15-3.1-ci maddədə "tibb təchizatçıları və ya tibbi ərazi bölmələri" sözləri "tibb müəssisələri" sözləri ilə əvəz edilsin;

1.11.3. 15-3.2-ci maddədə "Tibb təchizatçılarının və ya tibbi ərazi bölmələrinin" sözləri "Tibb müəssisələrinin" sözləri ilə əvəz edilsin;

1.11.4. 15-3.3-cü maddədə "tibb təchizatçısı və ya tibbi ərazi bölməsi" sözləri "tibb müəssisəsi" sözləri ilə əvəz edilsin;

1.12. 15-4-cü maddə üzrə:

1.12.1. 15-4.1.1-ci maddədə "zərfinin baza və ya əlavə hissələrinə" sözləri "zərfinə" sözü ilə əvəz edilsin;

1.12.2. 15-4.1.2-ci maddədə "maddəsində nəzərdə tutulan tələblərə cavab verən tibb təchizatçısını və ya tibbi ərazi bölməsini" sözləri "və 15-28-ci maddələrinin müddəaları nəzərə alınmaqla tibb müəssisəsini" sözləri ilə əvəz edilsin;

1.12.3. 15-4.1.3-cü, 15-4.1.5-ci (hər iki halda), 15-4.2.1-ci və 15-4.2.2-ci maddələrdə ismin müvafiq hallarında "tibb təchizatçısı və ya tibbi ərazi bölməsi" sözləri ismin müvafiq hallarında "tibb müəssisəsi" sözləri ilə əvəz edilsin;

1.13. 15-6-cı maddə üzrə:

1.13.1. 15-6.1-ci maddədən "sığortalı və" sözləri çıxarılsın;

1.13.2. 15-6.2-ci maddədən "və sığortalıların" sözləri çıxarılsın;

1.13.3. 15-6.3-cü maddədən "Sığortalı və" sözləri "Sığortaolunanların" sözü ilə əvəz edilsin;

1.14. 15-7-ci maddə üzrə:

1.14.1. adında və 15-7.2.7-ci (birinci halda) maddədə ismin müvafiq hallarında "tibb təchizatçısı və ya tibbi ərazi bölməsi" sözləri ismin müvafiq hallarında "tibb müəssisəsi" sözləri ilə əvəz edilsin;

1.14.2. 15-7.1-ci və 15-7.2-ci maddələrdə "Tibb təchizatçısının və ya tibbi ərazi bölməsinin" sözləri "Tibb müəssisəsinin" sözləri ilə əvəz edilsin.

1.14.3. 15-7.2.7-ci maddədə (ikinci halda) "tibb təchizatçısına və ya tibbi ərazi bölmələrinə" sözləri "tibb müəssisəsinə" sözləri ilə əvəz edilsin;

1.15. 15-8-ci maddə üzrə:

1.15.1. 15-8.1.4-cü, 15-8.1.5-ci (hər iki halda) və 15-8.2.3-cü maddələrdə ismin müvafiq hallarında "tibb təchizatçısı və ya tibbi ərazi bölməsi" sözləri ismin müvafiq hallarında "tibb müəssisəsi" sözləri ilə əvəz edilsin;

1.15.2. 15-8.2.6-cı maddədə (birinci halda) "icbari tibbi" sözlərindən sonra "sığorta üzrə" sözləri əlavə edilsin;

1.16. 15-9.0.6-cı maddə aşağıdakı redaksiyada verilsin:

"15-9.0.6. müştərək maliyyələşmə məbləği;".

1.17. 15-10-cu maddə üzrə:

1.17.1. 15-10.1.2.1-ci və 15-10.1.2.2-ci maddələr aşağıdakı redaksiyada verilsin:

"15-10.1.2.1. bu Qanunun 15-2.3.1-ci və 15-2.3.2-ci maddələrində nəzərdə tutulan şəxslər üzrə:

1. neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən sığortalı tərəfindən - işçinin əməkhaqqının 8000 manatdan yuxarı olan hissəsinə 0,5 faiz tətbiq edilməklə, 2020-ci ildə hesablanmış əməyin ödənişi fondunun 1 faizi, 2021-ci ildən etibarən hesablanmış əməyin ödənişi fondunun 2 faizi;

2. neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən sığortaolunan tərəfindən - işçinin əməkhaqqının 8000 manatdan yuxarı olan hissəsinə 0,5 faiz tətbiq edilməklə, 8000 manatadək (8000 manat da daxil olmaqla) olan hissəsinin 2020-ci ildə 1 faizi, 2021-ci ildən etibarən isə 2 faizi;

3. neft-qaz sahəsində fəaliyyəti olan və dövlət sektoruna aid edilən sığortalı tərəfindən - işçinin əməkhaqqının 8000 manatdan yuxarı olan hissəsinə 0,5 faiz tətbiq edilməklə, hesablanmış əməyin ödənişi fondunun 2 faizi;

4. neft-qaz sahəsində fəaliyyəti olan və dövlət sektoruna aid edilən sığortaolunan tərəfindən - işçinin əməkhaqqının 8000 manatdan yuxarı olan hissəsinə 0,5 faiz tətbiq edilməklə, 8000 manatadək (8000 manat da daxil olmaqla) olan hissəsinin 2 faizi;

15-10.1.2.2. bu Qanunun 15-2.5-ci maddəsində nəzərdə tutulmuş sığortalı tərəfindən - bu Qanunun 15-2.3-cü maddəsində nəzərdə tutulmuş sığortaolunanlar üzrə təqvim ili üçün adambaşına 90 manat.";

1.17.2. aşağıdakı məzmunda 15-10.1.2.3-cü - 15-10.1.2.5-ci maddələr əlavə edilsin

15-10.1.2.3. bu Qanunun 15-2.3.4-cü maddəsində nəzərdə tutulmuş sığortaolunanlar üzrə - minimum aylıq əməkhaqqının 4 faizi;

15-10.1.2.4. bu Qanunun 15-2.3.5-ci maddəsində nəzərdə tutulmuş sığortaolunanlar üzrə - gəlirlərinin 8000 manatadək (8000 manat da daxil olmaqla) olan hissəsinin 2 faizi, 8000 manatdan yuxarı olan hissəsinin 1 faizi;

15-10.1.2.5. bu Qanunun 15-2.3.6-cı maddəsində nəzərdə tutulmuş sığortaolunanlar üzrə - 2023-cü ildən etibarən minimum aylıq əməkhaqqının 48 faizi;";

1.17.3. 15-10.2-ci maddədə "15-10.1.1-ci və 15-10.1.2.2-ci maddələrində" sözləri "15-10.1.2.2-ci maddəsində" sözləri ilə əvəz edilsin.

1.18. 15-11-ci maddə üzrə:

1.18.1. 15-11.1-ci maddədə "İcbari" sözü "Bu Qanunun 15-9.0.5-ci və 15-9.0.6-cı maddələrində göstərilən maliyyə mənbələri istisna olmaqla, icbari" sözləri ilə əvəz edilsin;

1.18.2. 15-11.2-ci maddədə "15-10.1.1-ci maddəsində nəzərdə tutulan sığorta haqları, habelə bu Qanunun 15-2.3.3-cü maddəsində göstərilən şəxslər üçün" sözləri "15-2.3.1-ci və 15-2.3.2-ci maddələrində nəzərdə tutulan" sözləri ilə əvəz edilsin;

1.18.3. 15-11.6-cı, 15-11.7-ci, 15-11.8-ci və 15-11.9-cu maddələr aşağıdakı redaksiyada verilsin:

"15-11.6. Bu Qanunun 15-2.3.4-cü maddəsində nəzərdə tutulan şəxslər tərəfindən sığorta haqqı hər ay üçün hesablanır və sonrakı ayın 15-dən gec olmayaraq tam məbləğdə ödənilir.

15-11.7. Bu Qanunun 15-2.3.5-ci maddəsində nəzərdə tutulan şəxslər tərəfindən sığorta haqqı ödəmə mənbəyindən tutulmaqla sığortalı tərəfindən hesablanır və sonrakı ayın 15-dən gec olmayaraq tam məbləğdə ödənilir.

15-11.8. Bu Qanunun 15-2.3.6-cı maddəsində nəzərdə tutulan şəxslər tərəfindən sığorta haqqı tam məbləğdə hər təqvim ili üçün yanvar ayının 15-dək icbari tibbi sığorta fonduna ödənilir.

15-11.9. Dövlət büdcəsinin vəsaiti hesabına ödənilən sığorta haqqının ümumi məbləğinin hesablanması qaydasını müvafiq icra hakimiyyəti orqanın müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edir.";

1.18.4. 15-11.14-cü maddənin birinci cümləsində "maddəsinə" sözü ", 15-11.6-cı və 15-11.7-ci maddələrinə" sözləri ilə əvəz edilsin;

1.18.5. 15-11.19-cu və 15-11.21-ci maddələr aşağıdakı redaksiyada verilsin:

"15-11.19. Bu Qanunun 15-2.3.4-cü və 15-2.3.6-cı maddələrində nəzərdə tutulan şəxslər tərəfindən sığorta haqqının ödənilməsi müddətləri pozulduqda, bu Qanunun 15-10.1.2.2-ci maddəsində müəyyən olunmuş sığorta haqqının 10 faizi həcmində əlavə sığorta haqqı ödəyirlər.";

15-11.21. Bu Qanunun 15-2.3.6-cı maddəsində nəzərdə tutulan şəxslər tərəfindən sığorta haqqının ödəmək öhdəliyi təqvim ili ərzində yarandıqda, həmin şəxslər üçün sığorta haqqı 12-yə bölünməklə öhdəliyinin yarandığı ay da daxil olmaqla ilin sonunadək növbəti ayların sayına vurulmaqla hesablanır.".

1.19. 15-12.2-ci maddə aşağıdakı redaksiyada verilsin:

"15-12.2. İlkin səhiyyə xidməti və təcili və təxirəsalınmaz tibbi yardım istisna olmaqla, sığorta haqları ödənilmədiyi hallarda xidmətlər zərfi çərçivəsində göstərilən tibbi xidmətlər pasiyentlərin öz maliyyə vəsaiti hesabına göstərilir.";

1.20. 15-13-cü maddə aşağıdakı redaksiyada verilsin:

"Maddə 15-13. İcbari tibbi sığorta şəhadətnaməsi

"15-13.1. İcbari tibbi sığorta şəhadətnaməsi sığortaolunanın icbari tibbi sığorta çərçivəsində göstərilən tibbi xidmətlərdən istifadə hüququnu təsdiq edən və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) elektron informasiya sistemində yaradılan elektron sənəddir.

 15-13.2. İcbari tibbi sığorta şəhadətnaməsinin nümunəvi forması müvafiq icra hakimiyyəti orqanın müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.";

1.20.1. 15-14-cü maddədə "icbari tibbi sığorta müqaviləsinin qüvvədə olduğu müddət" sözləri  "təqvim ili" sözləri ilə əvəz edilsin.

1.21. 15-15-ci maddə üzrə:

1.21.1. 15-15.1-ci maddədə "Xidmətlər zərfinin baza hissəsində nəzərdə tutulmuş ilkin" sözləri "İlkin" sözü ilə, "tibbi ərazi bölməsinə" sözləri "dövlət tibb müəssisəsinə" sözləri ilə əvəz edilsin;

1.21.2. 15-15.2-ci maddədə "tibbi ərazi bölməsinə" sözləri "dövlət tibb müəssisəsinə" sözləri ilə vəzə edilsin;

1.21.3. 15-15.3-cü maddə aşağıdakı redaksiyada verilsin:

"15-15.3. İlkin səhiyyə xidməti istisna olmaqla, xidmətlər zərfində nəzərdə tutulmuş digər tibbi xidmətlərin göstərilməsi üzrə sığorta ödənişləri xidmətlər zərfinin şərtlərinə və tariflərinə uyğun olaraq tibbi xidmətlərin maliyyələşdirilməsi haqqında müqavilədə qeyd olunmuş həcmdə ödənilir.";

1.22. 15-16.0-cı maddədən "müqaviləsi" sözü çıxarılsın;

1.23. 15-17-ci maddə üzrə:

1.23.1. 15-17.2-ci maddə aşağıdakı redaksiyada verilsin:

"15-17.2. Xidmətlər zərfini aşağıdakıları ehtiva edir:";

1.23.2. 15-17.2.3-cü maddədə "azadolma" sözü "müştərək maliyyələşmə" sözləri ilə əvəz edilsin;

1.24. 15-18-ci maddə aşağıdakı redaksiyada verilsin:

"Maddə 15-18. Müştərək maliyyələşmə məbləği

15-18.1. Müştərək maliyyələşmə məbləği tibbi xidmətləri göstərmiş tibb müəssisəsinə  birbaşa ödənilir.

15-18.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən tibb müəssisəsinə ödənilən sığorta ödənişinin məbləği müştərək maliyyələşmə məbləği həcmində azaldılır.

15-18.4. Müştərək maliyyələşdirmə məbləğləri xidmətlər zərfi ilə müəyyən olunur.";

1.25. 15-21-ci maddə üzrə:

1.25.1. 15-21.1.2-ci maddə aşağıdakı redaksiyada verilsin:

"15-21.1.2. sığorta ehtiyatlarının yaradılmasına;";

1.25.2. 15-21.1.3-cü maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 15-21.1.4-cü maddə əlavə edilsin:

"15-21.1.4. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunan digər məqsədlərə.";

1.26. 15-22-ci maddə üzrə:

1.26.1. 15-22.3-cü və 15-22.4-cü maddələrdə "faizi həcmində" sözləri "faizindən çox olmamaqla" sözləri ilə əvəz edilsin;

1.26.2. 15-22.5-ci maddə aşağıdakı redaksiyada verilsin:

"15-22.5. Bu Qanunun 15-22.1-ci maddəsində nəzərdə tutulan sığorta ehtiyatların yaradılması və onlardan istifadə qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.";

1.27. 15-23.1-ci maddədə "müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən" sözləri "xidmətlər zərfi ilə" sözləri ilə əvəz edilsin;

1.28. 15-24-cü maddə üzrə:

1.28.1. 15-24.1-ci maddədə "İcbari" sözü "Bu Qanunun 15-2.3.1-ci, 15-2.3.2-ci, 15-2.3.4-cü və 15-2.3.5-ci maddələrində nəzərdə tutulmuş şəxslərə münasibətdə icbari" sözləri ilə əvəz edilsin;

1.29. 15-24.1-ci və 15-24.2-ci maddələr aşağıdakı redaksiyada verilsin:

"15-24.1. Bu Qanunun 15-2.3.1-ci, 15-2.3.2-ci, 15-2.3.4-cü və 15-2.3.5-ci maddələrində nəzərdə tutulmuş şəxslərə münasibətdə icbari tibbi sığorta haqqının hesablanmasına və ödənilməsinə nəzarət, sığorta haqqı üzrə yaranmış borcların alınması, icbari tibbi sığorta haqqının vaxtında ödənilməməsinə görə faizlərin hesablanması və artıq ödənilmiş sığorta haqqının qaytarılması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən Azərbaycan Respublikasının Vergi Məcəlləsində vergilər üzrə müəyyən olunmuş qaydada həyata keçirilir.

15-24.2. Bu Qanunun 15-24.1-ci maddəsində qeyd olunan şəxslər istisna olmaqla, digər şəxslərə münasibətdə icbari tibbi sığorta haqqının hesablanmasına və ödənilməsinə nəzarət müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş həyata keçirilir."; 

1.30. 15-26-cı maddə üzrə:

1.30.1. 15-26.2-ci maddədə "iqtisadi" sözü "tibbi-iqtisadi" sözləri ilə əvəz edilsin;

1.30.2. 15-26.3-cü maddəsinin birinci cümləsində (hər iki halda) ismin müvafiq hallarında "tibb təchizatçısı və ya tibbi ərazi bölməsi" sözləri ismin müvafiq hallarında "tibb müəssisəsi" sözləri ilə əvəz edilsin;

1.30.3. 15-26.3-cü maddənin birinci və ikinci cümlələrində "İqtisadi" sözü "Tibbi-iqtisadi" sözləri ilə əvəz edilsin;

1.30.4. 15-26.3-cü (hər iki halda) maddədə ismin müvafiq hallarında "tibb təchizatçısı və ya tibbi ərazi bölməsi" sözləri ismin müvafiq hallarında "tibb müəssisəsi" sözləri ilə əvəz edilsin;

1.31. 15-28-ci maddə üzrə:

1.31.1. 15-28.1-ci və 15-28.2-ci maddələrində "zərfinin əlavə hissəsi" sözləri "zərfi" sözü ilə, "tibb təchizatçısının və ya tibbi ərazi bölməsinin" sözləri "tibb müəssisəsinin" əvəz edilsin,

1.31.2. 15-28.3-cü maddə aşağıdakı redaksiyada verilsin:

"15-28.3. İlkin səhiyyə xidmətinə müraciət etmədən birbaşa ambulator-poliklinik, laborator, funksional-diaqnostik tibbi xidmətlərdən istifadə etdikdə sığortaolunan xidmət haqqı ödəməlidir.";

1.31.3. aşağıdakı məzmunda 15-28.4-cü - 15-28.6-cı maddələr əlavə edilsin:  

"15-28.4. Sığortaolunan icbari tibbi sığorta çərçivəsində tibbi xidmətlərdən istifadə etmək məqsədilə yönləndirilmiş tibbi ərazi bölməsindən kənar yerləşən dövlət tibbi müəssisəsinə müraciət etdikdə xidmət haqqı ödəməlidir.

15-28.5. Bu Qanunun 15-28.3-cü və 15-28.4-cü maddələrində nəzərdə tutulan xidmət haqlarının məbləğləri xidmətlər zərfi ilə müəyyənləşdirilir

15-28.6. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən tibb müəssisəsinə ödənilən sığorta ödənişinin məbləği xidmət haqqı həcmində azaldılır..";

1.32. 15-29.1-ci maddədə "zərfinin əlavə hissəsinə" sözləri "zərfinə" sözü ilə əvəz edilsin;  

1.33. 16-cı maddə üzrə:

1.33.1. 16.1-ci maddədə "müqaviləsinin bağlanılmasından imtina edilməsi, sığorta haqlarının hesablanması üçün məbləğlərin gizlədilməsi və ya aşağı salınması," sözləri "üzrə sığorta haqlarının gizlədilməsi və ya" sözləri ilə əvəz edilsin;

1.33.2. 16.2-ci maddədə "təchizatçısı" sözü "müəssisəsi" sözü ilə əvəz edilsin;

1.33.3. 16.3-cü maddədə "təchizatçıları" sözü "müəssisələri" sözü ilə əvəz edilsin;

1.34. 16-1.1-ci və 16-1.2-ci maddələrdə "tibb təchizatçıları və tibbi ərazi bölmələri" sözləri "tibb müəssisələri" sözləri ilə əvəz edilsin.

1.35. aşağıdakı məzmunda 16-4-cü maddə əlavə edilsin:

"Maddə 16-4. Keçid müddəası

İcbari tibbi sığorta ölkənin inzibati ərazi vahidləri üzrə müvafiq icra hakimiyyəti orqanının yaratdığı orqan (qurum) tərəfindən müəyyən edilmiş ardıcıllıq nəzərə alınmaqla, mərhələli şəkildə tətbiq olunur.".

Maddə 2. Bu Qanun 2020-ci il yanvarın 1-dən qüvvəyə minir.


Azərbaycan Respublikasının Prezidenti

 


 



Qanun layihəsinin müzakirəsində iştirak edin
Ad:
E-poçt:
Mövzu:
Mövzu:


Müəllif hüquqları qorunur.
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi