03.12.2019 Ümumdünya Poçt Konvensiyasına və onun Yekun Protokoluna qoşulmaq haqqında

Layihə


AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

 Ümumdünya Poçt Konvensiyasına və onun Yekun Protokoluna qoşulmaq haqqında


Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:

1. Azərbaycan Respublikası 2016-cı il oktyabrın 6-da İstanbul şəhərində qəbul edilmiş Ümumdünya Poçt Konvensiyasına və onun Yekun Protokoluna Azərbaycan Respublikasının ona dair bəyanatı ilə (bəyanatın mətni əlavə olunur) qoşulsun.

2. Azərbaycan Respublikasının aşağıdakı qanunları bu Qanun qüvvəyə mindiyi gündən ləğv edilsin:

2.1. "Ümumdünya Poçt Konvensiyasına qoşulmaq haqqında" Azərbaycan Respublikasının 2002-ci il 19 fevral tarixli 265-IIQ nömrəli Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 4 (I kitab), maddə 168);

2.2. "Ümumdünya Poçt Konvensiyasına və onun Yekun Protokoluna qoşulmaq barəsində" Azərbaycan Respublikasının 2004-cü il 22 iyun tarixli 701-IIQ nömrəli Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 7, maddə 516);

2.3. "Ümumdünya Poçt Konvensiyasının təsdiq edilməsi haqqında" Azərbaycan Respublikasının 2008-ci il 1 aprel tarixli 567-IIIQ nömrəli Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, № 5, maddə 334);

2.4. "Ümumdünya Poçt Konvensiyasının Yekun Protokolunun təsdiq edilməsi haqqında" Azərbaycan Respublikasının 2008-ci il 1 aprel tarixli 568-IIIQ nömrəli Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, № 5, maddə 335);

2.5. "Ümumdünya Poçt Konvensiyasına və onun yekun Protokoluna qoşulmaq haqqında" Azərbaycan Respublikasının 2012-ci il 21 dekabr tarixli 514-IVQ nömrəli Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 2, maddə 84);

2.6. "Ümumdünya Poçt Konvensiyasına və onun yekun Protokoluna qoşulmaq haqqında" Azərbaycan Respublikasının 2016-cı il 4 mart tarixli 167-VQ nömrəli Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 3, maddə 425).


Azərbaycan Respublikasının Prezidenti



Qanun layihəsinin müzakirəsində iştirak edin
Ad:
E-poçt:
Mövzu:
Mövzu:


Müəllif hüquqları qorunur.
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi