30.12.2016 “Əhalinin radiasiya təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə

475-VQD

“Əhalinin radiasiya təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 20-ci bəndini rəhbər tutaraq qərara alır:

“Əhalinin radiasiya təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası
Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 3, maddə 138; 2003, № 4, maddə 178; 2005, № 4, maddə 278; 2006, № 3, maddə 223) 10-cü maddəsindən “dövlət inhisarında olmaqla” sözləri çıxarılsın və həmin maddəyə aşağıdakı məzmunda ikinci hissə əlavə edilsin:

“Radioaktiv və ionlaşdırıcı şüalar verən maddələrin tullantılarının basdırılması ilə bağlı fəaliyyəti müvafiq icra hakimiyyəti orqanı həyata keçirir.”.

 


İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 30 dekabr 2016-cı il
№ 475-VQD

 

MEQA şirkətinin istehsalı
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi