17.11.2017 “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə

879-VQD

“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında”
Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci və 20-ci bəndlərini rəhbər tutaraq qərara alır:

“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 8, maddə 695; 2007, № 5, maddə 437, № 10, maddələr 932, 938; 2008, № 7, maddə 602; 2009, № 1, maddə 6; 2014, № 11, maddə 1374; 2015, №11, maddə 1273; 2016, № 6, maddə 992; 2017, № 1, maddə 8) aşağıdakı dəyişikliklər edilsin:

1. 1.0.6-cı maddəyə “və ya” sözlərindən sonra “onların (onların hissələrinin)” sözləri əlavə edilsin.

2. 8.2-ci maddədə “üç” sözü “dörd” sözü ilə əvəz edilsin.

3. 8.2.3-cü maddədə nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 8.2.4-cü maddə əlavə edilsin:
“8.2.4. qanunsuz dövriyyədən aşkar olunan narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının mənbəyinə dair məlumat bölməsi.”.

 


İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 17 noyabr 2017-ci il
№ 879-VQD

 

Müəllif hüquqları qorunur.
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi