01.12.2017 Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında

914-VQD

Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
 
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 6-cı bəndini rəhbər tutaraq qərara alır:

Maddə 1. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 8, (II kitab), maddə 585; 2001, № 7, maddə 455; 2002, № 1, maddə 9, № 5, maddə 233, № 8, maddə 463; 2003, № 6, maddə 276; 2004, № 5, maddə 321, № 7, maddə 505, № 8, maddə 598, № 10, maddə 761, № 11, maddə 890; 2005, № 1, maddə 4, № 4, maddə 278, № 6, maddə 462, № 8, maddə 686, № 10, maddə 874, № 12, maddə 1079; 2006, № 1, maddə 3, № 2, maddə 64, № 5, maddə 390, № 10, maddə 847, № 11, maddə 929, № 12, maddə 1032; 2007, № 2, maddələr 65, 68, № 6, maddə 560, № 7, maddə 712, № 8, maddə 756, № 11, maddə 1049, № 12, maddə 1221; 2008, № 6, maddə 462, № 7, maddələr 606, 607, № 12, maddələr 1045, 1049; 2009, № 5, maddə 315, № 7, maddə 517, № 12, maddə 966; 2010, № 3, maddələr 171, 173, 178, № 7, maddə 593, № 12, maddə 1058; 2011, № 6, maddə 480, № 7, maddələr 589, 599; 2012, № 7, maddə 674, № 11, maddə 1062, № 12, maddə 1215; 2013, № 2, maddə 77, № 6, maddələr 616, 626, № 7, maddə 786, № 11, maddə 1265, № 12, maddə 1493; 2014, № 2, maddələr 90, 102, № 4, maddələr 328, 344, № 6, maddə 600, № 11, maddələr 1354, 1362; 2015, № 4, maddə 342, № 5, maddə 511, № 11, maddələr 1270, 1288; 2016, № 2, (II kitab), maddə 218, № 10, maddə 1607, № 12, maddələr 2020, 2031, 2034, 2039; 2017, № 5, maddə 751) aşağıdakı dəyişikliklər edilsin:

1.1. 37-ci maddə üzrə:
1.1.1. 37.3-cü maddədən “131.1,” və “184.1,” rəqəmləri çıxarılsın;
1.1.2. 37.4-cü maddədə “maddəsində” sözü “və 73-1-ci maddələrində” sözləri ilə əvəz edilsin;

1.2. 40.2-ci maddədə “72-74-cü” sözləri “72, 73.1, 73-1.3 və 74-cü” sözləri ilə əvəz edilsin;

1.3. 84.5.11-ci maddədə “artırılması” sözü “uzadılması məsələsinə baxılması üçün” sözləri ilə əvəz edilsin və “məhkəməyə” sözündən sonra “və ya müvafiq təqdimatın verilməsi üçün yuxarı prokurora” sözləri əlavə edilsin;

1.4. 87.2-ci maddəyə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:
“Ölmüş zərər çəkmiş şəxsin yaxın qohumları olmadıqda, digər qohumları, onlar da olmadıqda və ya həmin şəxslər bu Məcəllənin 106.2-ci maddəsinə əsasən hüquqi varis hesab edilə bilmədikdə, zərər çəkmiş şəxsin hüquqları cinayət prosesini həyata keçirən orqanın qərarı əsasında müvafiq ərazi üzrə fəaliyyət göstərən vəkil qurumunun rəhbərinin təyin etdiyi vəkil tərəfindən həyata keçirilir.”;

1.5. 106-cı maddə üzrə:
1.5.1. 106.1-ci maddəyə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:
“Ölmüş zərər çəkmiş şəxsin yaxın qohumları olmadıqda, digər qohumları, onlar da olmadıqda və ya həmin şəxslər bu Məcəllənin 106.2-ci maddəsinə əsasən hüquqi varis hesab edilə bilmədikdə, bu Məcəllənin 87.2-ci maddəsində nəzərdə tutulmuş qaydada təyin edilmiş vəkil həmin cinayət işi üzrə icraatda zərər çəkmiş şəxsin hüquqi varisi qismində tanınır.”;
1.5.2. 106.2-ci maddədə “yaxın qohumu” sözləri “şəxs” sözü ilə əvəz edilsin;
1.5.3. 106.3-cü maddənin birinci və ikinci cümlələrindən “yaxın” sözü çıxarılsın;
1.5.4. 106.4-cü maddənin ikinci cümləsində “şəxsin” sözündən sonra “qohumu olan” sözləri əlavə edilsin;
1.5.5. 106.6-cı maddədə “hüquqi varisinin” sözləri “yaxın qohumu olan hüquqi varisi istisna olmaqla, digər hüquqi varisin” sözləri ilə əvəz edilsin;
1.5.6. 106.7-ci maddədə “şəxsin” sözündən sonra “qohumu olan” sözləri əlavə edilsin;

1.6. 151-ci maddə üzrə:
1.6.1. 151.5-ci maddənin ikinci cümləsi aşağıdakı redaksiyada verilsin:
“Həmin müddət keçənədək tutulmuş şəxs barəsində daha ciddi qətimkan tədbiri seçilməli, yaxud bu Məcəllə ilə müəyyən edilmiş qaydada həbs və ya ev dustaqlığı qətimkan tədbirinin seçilməsi məsələsinə baxılması üçün məhkəməyə gətirilməlidir.”;
1.6.2. həmin maddəyə aşağıdakı məzmunda üçüncü cümlə əlavə edilsin:
“Məhkəmə qətimkan tədbirinin seçilməsi məsələsinə təxirə salınmadan baxmalı və qərar qəbul etməlidir.”;

1.7. 152-ci maddə üzrə:
1.7.1. 152.1-ci maddənin birinci cümləsində “yalnız” sözü “bu Məcəllənin 519.2-ci maddəsində nəzərdə tutulmuş qaydada” sözləri ilə əvəz edilsin, ikinci cümləsində “əsasında” sözündən sonra “müvafiq ərazi üzrə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən” sözləri əlavə edilsin;
1.7.2. 152.4-cü maddənin ikinci cümləsində “məhkəmə” sözündən sonra “bu Məcəllənin 519.1-ci maddəsində nəzərdə tutulmuş qaydada” sözləri əlavə edilsin;

1.8. 154-cü maddə üzrə:
1.8.1. 154.2.8-ci maddədə “nəzarət” sözündən əvvəl “yetkinlik yaşına çatmayanı” sözləri əlavə edilsin;
1.8.2. 154.3-cü maddənin ikinci cümləsi aşağıdakı redaksiyada verilsin:
“Bu Məcəllənin 154.2.8-ci maddəsində nəzərdə tutulmuş qətimkan tədbiri yalnız on səkkiz yaşına çatmayan şəxs barəsində seçilə bilər.”;
1.8.3. 154.4-cü maddənin üçüncü cümləsi ləğv edilsin;

1.9. 155-ci maddə üzrə:
1.9.1. 155.2.3-cü maddədə “, qətimkan tədbirinin seçilməsini və digər əhəmiyyətli halları.” sözləri “və qətimkan tədbirinin seçilməsini;” sözləri ilə əvəz edilsin və aşağıdakı məzmunda 155.2.4-cü maddə əlavə edilsin:
“155.2.4. şübhəli və ya təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edib-etməməsini, cinayət nəticəsində vurulmuş ziyanın ödənilib-ödənilməməsini və digər əhəmiyyətli halları.”;
1.9.2. 155.3-cü maddə aşağıdakı redaksiyada verilsin:
“155.3. Həbs qətimkan tədbiri yalnız aşağıdakı şəxsə tətbiq oluna bilər:
155.3.1. bu Məcəllənin 155.1.1—155.1.3-cü maddələrində nəzərdə tutulmuş hərəkətlərin qarşısını almaq məqsədi ilə, 2 (iki) ildən artıq müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilə bilən cinayətin törədilməsində ittiham olunan şəxsə;
155.3.2. cinayət prosesini həyata keçirən orqandan gizlənməsinin qarşısını almaq məqsədi ilə, 2 (iki) ilədək müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilə bilən cinayətin törədilməsində ittiham olunan şəxsə;
155.3.3 əvvəllər seçilmiş digər qətimkan tədbirinin şərtlərini pozmuş şəxsə və ya hökmün icrasını təmin etmək məqsədilə, barəsində azadlıqdan məhrum etmə növündə cəza təyin edilmiş şəxsə.”;
1.9.3. 155.6-cı maddənin birinci cümləsində “və ona alternativ” sözləri “, ev dustaqlığı və girov” sözləri ilə əvəz edilsin;

1.10. 156-cı maddə üzrə:
1.10.1. 156.2-ci maddənin ikinci cümləsi aşağıdakı redaksiyada verilsin:
“Ev dustaqlığı bu Məcəllənin 163-cü maddəsində nəzərdə tutulmuş qaydada məhkəmənin öz təşəbbüsü, müdafiə tərəfinin vəsatəti, habelə müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmə tərəfindən seçilir.”;
1.10.2. 156.2-ci maddəyə aşağıdakı məzmunda üçüncü cümlə əlavə edilsin:
“Girov bu Məcəllənin 164-cü maddəsində nəzərdə tutulmuş qaydada yalnız müdafiə tərəfinin vəsatəti ilə məhkəmə tərəfindən seçilir.”;

1.11. aşağıdakı məzmunda 156-1-ci maddə əlavə edilsin:
“Maddə 156-1. Qətimkan tədbirləri üzrə elektron nəzarət vasitələrinin tətbiqi
156-1.1. Elektron nəzarət vasitələri bu Məcəllənin 163-cü maddəsinə əsasən barəsində qətimkan tədbiri seçilmiş şəxslərə tətbiq edilir. Elektron nəzarət vasitələrinin siyahısı və tətbiqi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
156-1.2. Elektron nəzarət vasitələri tətbiq edilmiş şəxsin üzərinə qoyulmuş vəzifələri yerinə yetirməsinə nəzarət müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir.
156-1.3. Şəxsin üzərinə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulduqda, elektron nəzarət vasitəsi onun üzərinə bağlanılır və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət qaydaları, hər hansı müdaxilənin və ya cihazın üzərindən çıxarılmasının yolverilməzliyi, həmçinin bu əməllərin hüquqi nəticələri izah edilir və bu barədə protokol tərtib edilir.
156-1.4. Elektron nəzarət vasitəsi tətbiq edilmiş şəxs həmin vasitəni zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda onun dəyəri həmin şəxsdən tutulur.”;

1.12. 157.5-ci maddə aşağıdakı redaksiyada verilsin:
“157.5. Həbsin qətimkan tədbiri qismində seçilməsi və ya uzadılması məsələsinə baxarkən məhkəmə təqsirləndirilən şəxsin cəmiyyətdən tam təcrid edilməsinə və ya həbsdə saxlanılmasına zərurət olmadığı qənaətinə gəldikdə, onun barəsində müdafiə tərəfinin vəsatəti və ya öz təşəbbüsü ilə ev dustaqlığı, habelə müdafiə tərəfinin vəsatəti əsasında girov qətimkan tədbiri seçir.”;

1.13. 159-cu maddə üzrə;
1.13.1. 159.1-ci maddədə “əlaqədar” sözündən sonra “müstəntiqin əsaslandırılmış vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında” sözləri əlavə edilsin;
1.13.2. 159.2-ci maddədə “təkrarən” sözü “bu Məcəllənin 159.3-1-ci maddəsində nəzərdə tutulmuş qaydada” sözləri ilə əvəz edilsin;
1.13.3. 159.3-cü maddənin birinci cümləsində “Təqsirləndirilən” sözü “Bu Məcəllənin 159.1-ci maddəsində nəzərdə tutulmuş hallarda təqsirləndirilən” sözləri ilə, “7 (yeddi)” sözləri “6 (altı)” sözləri ilə əvəz edilsin;
1.13.4. aşağıdakı məzmunda 159.3-1-ci maddə əlavə edilsin:
“159.3-1. Bu Məcəllənin 159.2-ci maddəsində nəzərdə tutulmuş hallarda müstəntiq təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinin keçməsinə ən geci 8 (səkkiz) gün qalmış ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora müvafiq əsaslandırılmış vəsatət verir. İbtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror təqsirləndirilən şəxsin həbsdə saxlanılması müddətinin uzadılması zərurəti ilə razılaşdıqda, məhkəmə qərarı ilə müəyyən edilən həbsdə saxlama müddətinin keçməsinə ən geci 6 (altı) gün qalmış vəsatəti təqdimat verilməsi üçün müvafiq olaraq Azərbaycan Respublikasının Hərbi prokuroru, Naxçıvan Muxtar Respublikasının prokuroru, Bakı şəhər prokuroru və ya Azərbaycan Respublikası Baş prokurorunun müavininə göndərir. Azərbaycan Respublikasının Hərbi prokuroru, Bakı şəhər prokuroru, Naxçıvan Muxtar Respublikasının prokuroru və ya Azərbaycan Respublikası Baş prokurorunun müavini təqsirləndirilən şəxsin həbsdə saxlanılması müddətinin uzadılması zərurəti ilə razılaşdıqda, məhkəmə qərarı ilə müəyyən edilən həbsdə saxlama müddətinin keçməsinə ən geci 4 (dörd) gün qalmış məhkəməyə müvafiq təqdimatla müraciət edir. Məhkəmə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinin uzadılmasının zəruriliyi ilə razılaşdıqda, onun barəsində qətimkan tədbirinin seçilməsi haqqında qərarla müəyyən edilmiş həbsdə saxlanılma müddəti başa çatanadək təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinin uzadılması barədə qərar qəbul edir.”;
1.13.5. 159.8-ci maddəyə “son müddəti” sözlərindən sonra “bu Məcəllənin 159.8-1-ci maddəsində nəzərdə tutulmuş qaydada” sözləri əlavə edilsin;
1.13.6. aşağıdakı məzmunda 159.8-1-ci maddə əlavə edilsin:
“159.8-1. Bu Məcəllənin 159.8-ci maddəsində nəzərdə tutulmuş hallarda müstəntiq təqsirləndirilən şəxsin həbsdə saxlanılmasının 159.7-ci maddədə göstərilən son müddətinin uzadılması barədə həbsdə saxlama müddətinin keçməsinə ən geci 10 (on) gün qalmış ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora müvafiq əsaslandırılmış vəsatət verir. İbtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror təqsirləndirilən şəxsin həbsdə saxlanılması müddətinin uzadılması zərurəti ilə razılaşdıqda, məhkəmə qərarı ilə müəyyən edilən həbsdə saxlama müddətinin keçməsinə ən geci 8 (səkkiz) gün qalmış vəsatəti Azərbaycan Respublikası Baş prokuroruna və ya onun birinci müavininə müraciət edilməsi üçün müvafiq olaraq Azərbaycan Respublikasının Hərbi prokuroru, Bakı şəhər prokuroru, Naxçıvan Muxtar Respublikasının prokuroru və ya Azərbaycan Respublikası Baş prokurorunun birinci müavininə təqdim edir. Azərbaycan Respublikasının Hərbi prokuroru, Bakı şəhər prokuroru, Naxçıvan Muxtar Respublikasının prokuroru və ya Azərbaycan Respublikası Baş prokurorunun birinci müavini təqsirləndirilən şəxsin həbsdə saxlanılması müddətinin uzadılması zərurəti ilə razılaşdıqda, məhkəmə qərarı ilə müəyyən edilən həbsdə saxlama müddətinin keçməsinə ən geci 6 (altı) gün qalmış təqdimatın verilməsi üçün müvafiq olaraq Azərbaycan Respublikasının Baş prokuroruna və ya onun birinci müavininə müraciət edir. Azərbaycan Respublikası Baş prokuroru və ya onun birinci müavini təqsirləndirilən şəxsin həbsdə saxlanılması müddətinin uzadılması zərurəti ilə razılaşdıqda, məhkəmə qərarı ilə müəyyən edilən həbsdə saxlama müddətinin keçməsinə ən geci 4 (dörd) gün qalmış məhkəməyə müvafiq təqdimatla müraciət edir. Məhkəmə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinin uzadılmasının zəruriliyi ilə razılaşdıqda, onun barəsində qətimkan tədbirinin seçilməsi haqqında qərarla müəyyən edilmiş həbsdə saxlanılma müddəti başa çatanadək təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinin uzadılması barədə qərar qəbul edir.”;
1.13.7. 159.9-cu maddədə “müddətə” sözündən sonra “bu Məcəllənin 159.3-cü maddəsində nəzərdə tutulmuş qaydada” sözləri əlavə edilsin;
1.13.8. aşağıdakı məzmunda 159.11-ci maddə əlavə edilsin:
“159.11. Bu Məcəllənin 159.3, 159.3-1 və 159.8-1-ci maddələrində nəzərdə tutulmuş hallarda təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin uzadılması məsələsinə baxılarkən bu Məcəllənin 292.1-1-ci maddəsində göstərilmiş müddət nəzərə alınmalıdır.”;

1.14. 162-ci maddə üzrə:
1.14.1. 162.2-ci maddədə “edilə bilər” sözləri “edilir” sözü ilə əvəz edilsin;
1.14.2. 162.5.2-ci maddədə “çatdıqda” sözündən sonra “və həmin müddət bu Məcəllənin 159.8—159.10-cu maddələrində nəzərdə tutulmuş qaydada uzadılmadıqda” sözləri əlavə edilsin;
1.14.3. aşağıdakı məzmunda 162.5.2-1-ci maddə əlavə edilsin:
“162.5.2-1. bu Məcəllənin 159.8—159.10-cu maddələrində nəzərdə tutulmuş qaydada uzadılmış həbsdə saxlanılma müddəti başa çatdıqda;”;

1.15. 163-cü maddə üzrə:
1.15.1. 163.2-ci maddə aşağıdakı redaksiyada verilsin:
“163.2. Ev dustaqlığı məhkəmə tərəfindən müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında, habelə həbs qətimkan tədbirinin seçilməsi və ya uzadılması məsələsinə baxılarkən müdafiə tərəfinin vəsatəti və ya məhkəmənin öz təşəbbüsü ilə seçilə bilər. Ev dustaqlığı qətimkan tədbirinin seçilməsi məsələsinə həmçinin müdafiə tərəfinin vəsatəti əsasında həbs qətimkan tədbirinin əvəz edilməsi kimi baxıla bilər.”;
1.15.2. 163.3-cü maddə aşağıdakı redaksiyada verilsin:
“163.3. Barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş təqsirləndirilən şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir:
163.3.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək;
163.3.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək;
163.3.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək;
163.3.4. məhkəmənin müvafiq qərarı olmadan yaşayış yerini dəyişməmək.”;
1.15.3. aşağıdakı məzmunda 163.3-1, 163.3-2 və 163.3-3-cü maddələr əlavə edilsin:
“163.3-1. Məhkəmə tərəfindən barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş təqsirləndirilən şəxs üçün aşağıdakı əlavə vəzifələr müəyyən edilə bilər:
163.3-1.1. kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək;
163.3-1.2. məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək;
163.3-1.3. alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək;
163.3-1.4. müəyyən şəxslərlə ünsiyyətdə olmamaq;
163.3-1.5. təqsirləndirilən şəxsin lazımi davranışını və cəmiyyətdən qismən təcrid olunmasını təmin edən digər vəzifələr.
163.3-2. Ev dustaqlığı qətimkan tədbiri Azərbaycan Respublikası ərazisində daimi yaşayış yeri olmayan şəxslərə tətbiq edilmir.
163.3-3. Tibbi göstəricilərə görə təqsirləndirilən şəxs tibb müəssisəsinə stasionar müalicəyə yerləşdirildikdə ev dustaqlığı qətimkan tədbiri məhkəmə tərəfindən ləğv edilənə və ya dəyişdirilənədək bu qətimkan tədbirinin tətbiqi ilə əlaqədar təqsirləndirilən şəxsin üzərinə qoyulmuş vəzifələr qüvvəsində qalır. Bu halda ev dustaqlığı qətimkan tədbirinin icrası yeri müvafiq tibb müəssisəsi hesab edilir.”;
1.15.4. aşağıdakı məzmunda 163.7, 163.8 və 163.9-cu maddələr əlavə edilsin:
“163.7. Barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş təqsirləndirilən şəxs və onun yaşayış yeri müşahidə altına alınır, onun ev dustaqlığı qətimkan tədbirinin şərtlərinə riayət etməsinə müvafiq icra hakimiyyəti orqanı tərəfindən nəzarət edilir. Barəsində ev dustaqlığı qətimkan tədbiri tətbiq edilmiş şəxsin müəyyən edilmiş vəzifələrə riayət etməməsinə dair əsaslı şübhələr olduqda müvafiq icra hakimiyyəti orqanının əməkdaşı ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun qərarı ilə təqsirləndirilən şəxsin yaşayış yerinə daxil olmaq və müəyyən edilmiş vəzifələrə əməl edilməsini yerində yoxlamaq hüququna malikdir.
163.8. Ev dustaqlığı qətimkan tədbirinin tətbiqi ilə əlaqədar təqsirləndirilən şəxsin üzərinə qoyulmuş vəzifələrin dəyişdirilməsi və ya ləğv edilməsi, o cümlədən əlavə vəzifələrin müəyyən edilməsi müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı və ya müdafiə tərəfinin vəsatəti əsasında, habelə cinayət işinə baxan məhkəmənin öz təşəbbüsü ilə və ya tərəflərin vəsatəti əsasında yalnız məhkəmənin qərarı ilə həyata keçirilir.
163.9. Barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş təqsirləndirilən şəxs həmin qətimkan tədbirinin şərtlərini pozduğu və bu Məcəllənin 155.1.1-155.1.3-cü maddələrində nəzərdə tutulmuş əsaslar mövcud olduğu halda onun barəsində həbs qətimkan tədbiri seçilir.”;

1.16. 164-cü maddə üzrə:
1.16.1. 164.1-ci maddədə “habelə” sözündən sonra “ictimai təhlükəliliyi yalnız maddi ziyanla bağlı olan və ya” sözləri əlavə edilsin və maddədən “həbsdən azad edilməsi, lakin onun” sözləri çıxarılsın;
1.16.2. 164.2-ci maddə aşağıdakı redaksiyada verilsin:
“164.2. Girov qətimkan tədbiri məhkəmə tərəfindən həbs qətimkan tədbirinin seçilməsi və ya uzadılması məsələsinə baxılarkən müdafiə tərəfinin vəsatəti əsasında seçilə bilər. Girov qətimkan tədbirinin seçilməsi məsələsinə həmçinin müdafiə tərəfinin vəsatəti əsasında həbs qətimkan tədbirinin əvəz edilməsi kimi baxıla bilər. Məhkəmə girov qətimkan tədbirinin seçilməsini mümkün hesab etdikdə, girovun məbləğini müəyyən edir.”;
1.16.3. 164.4-cü maddədə “qoyulmaqla həbsdən azad etməni” sözləri “qətimkan tədbirinin tətbiq edilməsini” sözləri ilə əvəz edilsin;
1.16.4. 164.5-ci maddədə “məbləği” sözündən sonra “, bu Məcəllənin 164.5-1-ci maddəsi nəzərə alınmaqla,” sözləri əlavə edilsin;
1.16.5. 164.5.2-ci maddədə “və ya” sözlərindən sonra “ictimai təhlükəliliyi yalnız maddi ziyanla bağlı olan və yaxud” sözləri əlavə edilsin;
1.16.6. aşağıdakı məzmunda 164.5-1-ci maddə əlavə edilsin:
“164.5-1. Girovun məbləği cinayət nəticəsində vurulmuş ziyandan və ya onun ödənilməmiş hissəsindən artıq olmalıdır.”;
1.16.7. 164.6-cı maddə aşağıdakı redaksiyada verilsin:
“164.6. Məhkəmə müdafiə tərəfinin vəsatəti əsasında girovun qətimkan tədbiri qismində tətbiq olunması məsələsini həll edərkən girovun qətimkan tədbiri qismində tətbiq olunması və ya bundan imtina edilməsi barədə qərar qəbul edir. Həmin qərardan apellyasiya instansiyası məhkəməsinə şikayət və ya protest verilə bilər.”;
1.16.8. 164.11-ci maddə ləğv edilsin;

1.17. 170-ci maddə üzrə:
1.17.1. maddənin adında və 170.1-ci maddədə “Nəzarət” sözü “Yetkinlik yaşına çatmayanı nəzarət” sözləri ilə əvəz edilsin;
1.17.2. 170.3-cü maddənin birinci cümləsində “Şübhəli və ya təqsirləndirilən şəxs barəsində” sözləri “Yetkinlik yaşına çatmayanı” sözləri ilə, ikinci cümləsində isə “nəzarət altına vermə barədə çıxarılmış” sözləri “həmin” sözü ilə əvəz edilsin;
1.17.3. aşağıdakı məzmunda 170.8-ci maddə əlavə edilsin:
“170.8. Barəsində yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri seçilmiş şəxs 18 yaşına çatdıqda və nəzarəti həyata keçirməli olan şəxslər onu lazımi nəzarət altında saxlamaq vəzifəsini davam etdirmək iqtidarında olduqlarını bildirdikdə qətimkan tədbiri dəyişdirilmir.”;

1.18. 175.3-cü maddənin ikinci cümləsində “, 163.6 və 164.11-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə tərəfindən seçilmiş həbs, ev dustaqlığı və ya girov” sözləri “və 163.6-cı maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə tərəfindən seçilmiş həbs və ya ev dustaqlığı” sözləri ilə əvəz edilsin;

1.19. 194-cü maddə üzrə:
1.19.1. maddənin adında “nümayəndəsinin” sözündən sonra “və ölmüş zərər çəkmiş şəxsin hüquqi varisi qismində tanınmış vəkilin” sözləri əlavə edilsin;
1.19.2. aşağıdakı məzmunda 194.1-1-ci maddə əlavə edilsin:
“194.1-1. Ölmüş zərər çəkmiş şəxsin hüquqi varisi qismində tanınmış vəkil tərəfindən göstərilən hüquqi yardımın ödənilməsi, məhkəmə tərəfindən məhkumun üzərinə qoyulduğu hallar istisna olmaqla Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin edilir.”;
1.19.3. 194.2-ci maddədə “ittihamçıya göstərilmiş hüquqi yardımı” sözləri “ittihamçının nümayəndəsi və ya ölmüş zərər çəkmiş şəxsin hüquqi varisi qismində göstərdiyi hüquqi yardım” sözləri ilə əvəz edilsin;

1.20. aşağıdakı məzmunda 197.1.5-1-ci maddə əlavə edilsin:
“197.1.5-1. ölmüş zərər çəkmiş şəxsin hüquqi varisi qismində tanınmış vəkil tərəfindən göstərilmiş hüquqi yardıma görə ödənilməli olan haqqın məbləği;”;

1.21. 198.1-ci maddədə “197.1.4” rəqəmlərindən sonra “, 197.1.5-1” rəqəmləri əlavə edilsin;

1.22. 215.7.4-cü maddənin sonundakı nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 215.7.5-ci maddə əlavə edilsin:
“215.7.5. dövlətin və cəmiyyətin mənafeyinə qəsd edən cinayətin xarakteri, işin xüsusiyyətləri və ibtidai araşdırmanın maraqları tələb etdikdə.”;

1.23. 278.4.1-ci maddədə “və ona alternativ olan” sözləri, 278.4.2-ci maddədə isə “və ona alternativ” sözləri “, ev dustaqlığı, girov və vəzifədən kənarlaşdırma” sözləri ilə əvəz edilsin;

1.24. 290-cı maddə üzrə:
1.24.1. aşağıdakı məzmunda 290.3.2-1-ci maddə əlavə edilsin:
“290.3.2-1. bu Məcəllənin 467-9.1-ci maddəsində nəzərdə tutulmuş hallarda cinayət işi üzrə icraatı dayandırmaqla tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi məsələsinə baxılması üçün işi məhkəməyə göndərmək;”;
1.24.2. 290.5.3-cü maddədə “məhkəməyə təqdimat vermək” sözləri “bu Məcəllə ilə müəyyən edilmiş qaydada təqdimatla məhkəməyə və ya müvafiq təqdimatın verilməsi üçün yuxarı prokurora müraciət etmək” sözləri ilə əvəz edilsin;

1.25. Aşağıdakı məzmunda 353.4.8-1-ci maddə əlavə edilsin:
“353.4.8-1. azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxslər üçün müəyyən edilən vəzifələr;”;

1.26. 442-ci maddə üzrə:
1.26.1. 442.1-ci maddədə “və ya əməliyyat-axtarış tədbirinin həyata keçirildiyi” sözləri “, əməliyyat-axtarış tədbirinin həyata keçirildiyi və ya ibtidai araşdırmanın aparıldığı” sözləri ilə əvəz edilsin;
1.26.2. 442.2.1-ci maddədə “dair” sözündən sonra “məsələlərlə bağlı” sözləri əlavə edilsin;
1.26.3. 442.4.1-ci maddədə “istintaq hərəkətinin məcburi aparılması, prosessual məcburiyyət tədbirinin tətbiq edilməsi və ya əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi nəticəsində” sözləri çıxarılsın;

1.27. 444-cü maddə üzrə:
1.27.1. 444-cü maddənin adında “tədbirləri” sözündən sonra “və bu tədbirlərlə bağlı digər məsələlər” sözləri əlavə edilsin;
1.27.2. aşağıdakı məzmunda 444.1.2-1, 444.1.2-2 və 444.3-cü maddələr əlavə edilsin:
“444.1.2-1. qətimkan tədbiri qismində ev dustaqlığı;
444.1.2-2. qətimkan tədbiri qismində girov;”;
“444.3. Ev dustaqlığı qətimkan tədbirinin tətbiqi ilə əlaqədar təqsirləndirilən şəxsin üzərinə qoyulmuş vəzifələr məhkəmənin qərarı əsasında dəyişdirilə, ləğv edilə, yaxud onun üzərinə əlavə vəzifələr qoyula bilər.”;

1.28. 446-cı maddə üzrə:
1.28.1. 446.1.2-ci maddəyə “prokurorun” sözündən sonra “, bu Məcəllənin 159.2-ci və 159.8-ci maddələrində nəzərdə tutulmuş hallarda isə müvafiq prokurorun” sözləri əlavə edilsin;
1.28.2. aşağıdakı məzmunda 446.1.2-1 maddə əlavə edilsin:
“446.1.2-1. ev dustaqlığı qətimkan tədbirinin tətbiqi ilə əlaqədar təqsirləndirilən şəxsin üzərinə qoyulmuş vəzifələrin dəyişdirilməsi, ləğv edilməsi və ya onun üzərinə əlavə vəzifələrin qoyulması üçün müstəntiqin əsaslandırılmış vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı;”;
1.28.3. 446.1.3-cü maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 446.1.4-cü maddə əlavə edilsin:
“446.1.4. ev dustaqlığı qətimkan tədbirinin tətbiqi ilə əlaqədar təqsirləndirilən şəxsin üzərinə qoyulmuş vəzifələrin dəyişdirilməsi və ya ləğv edilməsi üçün təqsirləndirilən şəxs, onun müdafiəçisi və ya qanuni nümayəndəsinin vəsatəti.”;
1.28.4. 446.2-ci maddədə “446.1-ci maddəsində” sözləri “446.1.1-446.1.3-cü maddələrində” sözləri ilə əvəz edilsin və aşağıdakı məzmunda 446.2-1-ci maddə əlavə edilsin:
“446.2-1. Ev dustaqlığı qətimkan tədbirinin tətbiqi ilə əlaqədar təqsirləndirilən şəxsin üzərinə qoyulmuş vəzifələrin dəyişdirilməsi və ya ləğv edilməsi üçün vəsatətdə bu Məcəllənin 446.2.1-446.2.3-cü maddələrində nəzərdə tutulan məlumatlarla yanaşı, məsələnin zəruriliyi əsaslandırılmalı, təqsirləndirilən şəxsi səciyyələndirən və müvafiq qərar qəbul edilməsi üçün əhəmiyyətli olan digər məlumatlar göstərilməli və vəsatətə əlavə edilməlidir.”;
1.28.5. 446.3-cü maddədə “üçün” sözü “məsələlərinə dair” sözləri ilə əvəz edilsin;

1.29. 447-ci maddə üzrə:
1.29.1. 447.3.2-ci maddəyə “prokuror” sözündən sonra “və ya müvafiq prokuror” sözləri əlavə edilsin;
1.29.2. 447.3.3-cü maddədə “tutulan” sözündən sonra “, yaxud barəsində ev dustaqlığı qətimkan tədbirinin tətbiqi ilə bağlı məsələyə baxılan” sözləri əlavə edilsin;
1.29.3. 447.5-ci maddədə “edilməsi” sözündən sonra “məsələləri” sözü əlavə edilsin;
1.29.4. 447.7.4-cü maddədə “ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən” sözləri “məhkəmə iclasında iştirak edən” sözləri ilə əvəz edilsin;

1.30. 448-ci maddə üzrə:
1.30.1. 448.1.1, 448.1.2, 448.4 və 448.8-ci maddələrdə “dair” sözündən sonra “məsələlərlə bağlı” sözləri əlavə edilsin;
1.30.2. 448.1.3-cü maddədə “və ya ona alternativ olan” sözləri “, ev dustaqlığı, girov və vəzifədən kənarlaşdırma” sözləri ilə əvəz edilsin;
1.30.3. aşağıdakı məzmunda 448.1.3-1-ci maddə əlavə edilsin:
“448.1.3-1. ev dustaqlığı qətimkan tədbirinin tətbiqi ilə əlaqədar təqsirləndirilən şəxsin üzərinə qoyulmuş vəzifələrin dəyişdirilməsi, ləğv edilməsi və ya onun üzərinə əlavə vəzifələrin qoyulması üçün verilmiş vəsatətin təmin edilməsi, yaxud bundan imtina edilməsi barədə.”;

1.31. 449.3.3-cü maddədə “və ya həbs edilmiş” sözləri “, həbs edilmiş və ya barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş” sözləri ilə əvəz edilsin;

1.32. 452.1-ci maddəyə “prokuror” sözündən sonra “və ya yuxarı prokuror” sözləri əlavə edilsin;

1.33. 453.3-cü maddənin birinci cümləsinə “prokuror” sözündən sonra “və ya müvafiq prokuror” sözləri əlavə edilsin;

1.34. Aşağıdakı məzmunda LIV-I fəsil əlavə edilsin:
“LIV-I fəsil
Narkomaniya xəstəliyi ilə əlaqədar cinayət məsuliyyətindən azad edilməsi
nəzərdə tutulmuş şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin
tətbiq edilməsi üzrə icraat

Maddə 467-1. Narkomaniya xəstəliyi ilə əlaqədar cinayət məsuliyyətindən azad edilməsi nəzərdə tutulmuş şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi üzrə icraatın xüsusiyyətləri
Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətmiş, əməlində başqa cinayət tərkibi olmayan və narkomaniya xəstəliyinə düçar olmuş və bu xəstəliklə əlaqədar cinayət məsuliyyətindən azad edilməsi nəzərdə tutulmuş şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi üzrə icraat bu Məcəllənin 467-1—467-11-ci maddələri ilə müəyyən edilmiş xüsusiyyətlər nəzərə alınmaqla bu Məcəllənin ümumi qaydaları əsasında aparılır.

Maddə 467-2. Narkomaniya xəstəliyi ilə əlaqədar cinayət məsuliyyətindən azad edilməsi nəzərdə tutulmuş şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi üzrə məhkəməyədək icraat
467-2.1. Narkomaniya xəstəliyi ilə əlaqədar cinayət məsuliyyətindən azad edilməsi nəzərdə tutulmuş şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin (bundan sonra - narkomaniya xəstəliyi ilə əlaqədar tibbi xarakterli məcburi tədbirlər) tətbiq edilməsi üzrə məhkəməyədək icraat ibtidai istintaq şəklində aparılır.
467-2.2. Narkomaniya xəstəliyi ilə əlaqədar tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi üzrə icraatın aparılmasında barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi üzrə icraat aparılan şəxs, bu Məcəllə ilə müəyyən edilmiş hallarda onun müdafiəçisi və qanuni nümayəndəsi iştirak edirlər.

Maddə 467-3. Narkomaniya xəstəliyi ilə əlaqədar tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi üzrə icraat zamanı müəyyən edilməli olan hallar
467-3.0. Narkomaniya xəstəliyi ilə əlaqədar tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi üzrə icraat zamanı aşağıdakılar müəyyən edilməlidir:
467-3.0.1. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi;
467-3.0.2. həmin əməlin barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi üzrə icraatın aparıldığı şəxs tərəfindən törədilməsi;
467-3.0.3. şəxsin əməlində başqa cinayət tərkibinin olmaması;
467-3.0.4. şəxsin narkomaniya xəstəliyinə düçar olması;
467-3.0.5. şəxsin müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş məcburi müalicə tətbiq edilməyən narkomaniya xəstəliyinə düçar olmuş şəxslər kateqoriyasına daxil olmaması.

Maddə 467-4. Narkomaniya xəstəliyi ilə əlaqədar cinayət məsuliyyətindən azad edilməsi nəzərdə tutulmuş şəxs barəsində cinayət işinin ayrılması
İbtidai araşdırma bir neçə təqsirləndirilən şəxs barəsində aparıldıqda narkomaniya xəstəliyi ilə əlaqədar cinayət məsuliyyətindən azad edilməsi nəzərdə tutulmuş şəxs barəsində cinayət işi ayrıca icraata ayrılır.

Maddə 467-5. Narkomaniya xəstəliyi ilə əlaqədar cinayət məsuliyyətindən azad edilməsi nəzərdə tutulmuş şəxsə ittihamın elan edilməsi və onun barəsində qətimkan tədbirinin seçilməsi
 467-5.1. Cinayətin törədilməsində ittihamın elan edilməsinə əsas verən kifayət qədər sübutlar olduğu halda müstəntiq narkomaniya xəstəliyi ilə əlaqədar cinayət məsuliyyətindən azad edilməsi nəzərdə tutulmuş şəxsin təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında əsaslandırılmış qərar çıxarır və ittihamı bu Məcəllənin 224-cü maddəsində müəyyən edilmiş qaydada elan edir.
467-5.2. Bu Məcəllənin 155-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud olduqda narkomaniya xəstəliyi ilə əlaqədar cinayət məsuliyyətindən azad edilməsi nəzərdə tutulmuş şəxs barəsində qətimkan tədbiri tətbiq edilir.

Maddə 467-6. Narkomaniya xəstəliyi ilə əlaqədar tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi üzrə məhkəməyədək icraatda müstəntiqin hərəkətləri
467-6.1. Toplanmış sübutlar tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi üzrə məhkəməyədək icraatın qurtarması üçün kifayət hesab edildikdə müstəntiq aşağıdakı qərarlardan birini qəbul edir:
467-6.1.1. şəxs barəsində cinayət işi üzrə icraatın dayandırılması və tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi üçün məhkəməyə göndərilməsi haqqında məsələnin həll edilməsi məqsədi ilə iş materiallarının ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməsi haqqında;
467-6.1.2. bu Məcəllənin müddəaları ilə nəzərdə tutulmuş əsaslar olduqda iş üzrə icraatın dayandırılması və ya icraata xitam verilməsi haqqında.
467-6.2. Narkomaniya xəstəliyi ilə əlaqədar tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi üzrə icraat zamanı bu Məcəllənin 467-6.1-ci maddəsində nəzərdə tutulmuş qərarlardan hər hansı biri qəbul edildikdən sonra müstəntiq başa çatmış icraatın materiallarını tanış olmaları üçün barəsində icraatın aparıldığı şəxsə, habelə olduğu hallarda onun müdafiəçisinə və qanuni nümayəndəsinə təqdim edir.
467-6.3. Bu Məcəllənin 467-6.2-ci maddəsində göstərilən şəxslərin narkomaniya xəstəliyi ilə əlaqədar tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi barədə iş materialları ilə tanış olmaları haqqında protokol tərtib edilir.

Maddə 467-7. Narkomaniya xəstəliyi ilə əlaqədar tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi üzrə məhkəməyədək icraat zamanı prokurorun hərəkətləri
467-7.0. Narkomaniya xəstəliyi ilə əlaqədar tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi üzrə icraat materialları müstəntiqin bu Məcəllənin 467-6.1.1-ci maddəsində nəzərdə tutulmuş qərarı ilə birlikdə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora təqdim edilir. Prokuror aşağıdakı qərarlardan birini qəbul edir:
467-7.0.1. müstəntiqin qərarını təsdiq edir və işi məhkəməyə göndərir;
467-7.0.2. bu Məcəllənin 467-3-cü maddəsində nəzərdə tutulmuş hallar düzgün müəyyən edilmədikdə işi əlavə araşdırmanın aparılması üçün müstəntiqə qaytarır;
467-7.0.3. bu Məcəllənin müddəaları ilə nəzərdə tutulmuş əsaslar olduqda iş üzrə icraatı dayandırır və ya icraata xitam verir.

Maddə 467-8. Narkomaniya xəstəliyi ilə əlaqədar tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi üzrə məhkəmə baxışının xüsusiyyətləri
467-8.1. Məhkəmə iclası cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinin zəruriliyi barədə dövlət ittihamçısının məruzəsi ilə başlanır. Sonra məhkəmə cinayət prosesi tərəflərinin təqdim etdikləri sübutları tədqiq edir, bu Məcəllənin 467-3-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunub-olunmadığı araşdırır və barəsində icraat aparıldığı şəxsi, olduğu halda onun müdafiəçisini və qanuni nümayəndəsini, habelə dövlət ittihamçısının fikrini dinləyir. Daha sonra məhkəmə qərar qəbul edilməsi üçün müşavirə otağına gedir.
467-8.2. Məhkəmə tərəfindən narkomaniya xəstəliyi ilə əlaqədar tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi üzrə icraat zamanı aşağıdakı qərarlardan biri çıxarılır:
467-8.2.1. narkomaniya xəstəliyi ilə əlaqədar tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi haqqında;
467-8.2.2. bu Məcəllənin 467-3-cü maddəsində nəzərdə tutulmuş hallar düzgün müəyyən edilmədikdə işin əlavə araşdırmanın aparılması üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması haqqında;
467-8.2.3. bu Məcəllənin müddəaları ilə nəzərdə tutulmuş əsaslar olduqda iş üzrə icraatın dayandırılması və ya icraata xitam verilməsi haqqında.
467-8.3. Məhkəmə tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi haqqında qanuni qüvvəyə minmiş qərarın surətini icra olunması üçün qərarda nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının tibb müəssisəsinə göndərir.

Maddə 467-9. Narkomaniya xəstəliyi ilə əlaqədar tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsini zəruri edən halların ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror və ya məhkəmə tərəfindən müəyyən edilməsi
467-9.1. İbtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror ittiham aktı ilə daxil olmuş cinayət işi üzrə bu Məcəllənin 467-3-cü maddəsində nəzərdə tutulmuş halları müəyyən etdikdə cinayət işi üzrə icraatın dayandırılması və narkomaniya xəstəliyi ilə əlaqədar tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi məsələsinə baxılması üçün işin məhkəməyə göndərilməsi haqqında qərar qəbul edir.
467-9.2. Cinayət işinə baxan məhkəmə bu Məcəllənin 467-3-cü maddəsində nəzərdə tutulmuş halları müəyyən etdikdə cinayət işi üzrə icraatın dayandırılması və narkomaniya xəstəliyi ilə əlaqədar tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi barədə qərar qəbul edir.

Maddə 467-10. Narkomaniya xəstəliyi ilə əlaqədar tibbi xarakterli məcburi tədbirlərin uzadılması və ya ləğv edilməsi
467-10.1. Narkomaniya xəstəliyi ilə əlaqədar tibbi xarakterli məcburi tədbirlərin uzadılması və ya ləğv edilməsi məsələlərinə məhkəmə tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93-1.4-cü maddəsində nəzərdə tutulmuş qaydada prokurorun, həmin tədbirlərin həyata keçirildiyi tibb müəssisəsinin nümayəndəsinin və barəsində tibbi xarakterli məcburi tədbirinin uzadılması və ya ləğv edilməsi haqqında məsələyə baxılan şəxsin mütləq iştirakı ilə baxılır.
467-10.2. Məhkəmə bu Məcəllənin 467-10.1-ci maddəsində nəzərdə tutulmuş məsələlər üzrə qəbul edilmiş qərarları həmin tədbirləri tətbiq etmiş məhkəməyə göndərir.
467-10.3. Şəxs tibbi xarakterli məcburi tədbirlərdən yayındıqda müvafiq tibb müəssisəsinin müdiriyyəti həmin tədbirləri tətbiq etmiş məhkəməyə yazılı məlumat verir.
467-10.4. Tibb müəssisələrində narkomaniya xəstəliyi ilə əlaqədar tibbi xarakterli məcburi tədbirlər müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi qaydalara uyğun aparılır.

Maddə 467-11. Narkomaniya xəstəliyi ilə əlaqədar tibbi xarakterli məcburi tədbirlərinin tətbiq edilməsi üzrə icraatın təzələnməsi
467-11.1. Şəxsin tam sağalması nəticəsində qəbul edilmiş narkomaniya xəstəliyi ilə əlaqədar tibbi xarakterli məcburi tədbirlərin ləğv edilməsi haqqında qərar həmin tədbirləri tətbiq etmiş məhkəməyə daxil olduqda, məhkəmə iş üzrə icraatı təzələməklə, şəxsin cinayət məsuliyyətindən azad edilməsi və icraata xitam verilməsi haqqında qərar qəbul edir.
467-11.2. Şəxsin narkomaniya xəstəliyi ilə əlaqədar tibbi xarakterli məcburi tədbirdən yayınmasına dair müvafiq tibb müəssisəsinin müdiriyyətinin məlumatının əsaslı olduğu müəyyən edildikdə, həmin tədbirləri tətbiq etmiş məhkəmə iş üzrə icraatı təzələyir və aşağıdakı qərarlardan birini qəbul edir:
467-11.2.1. əgər narkomaniya xəstəliyi ilə əlaqədar tibbi xarakterli məcburi tədbirlər bu Məcəllənin 467-9.2-ci maddəsində nəzərdə tutulmuş qaydada tətbiq edilmişdirsə, cinayət işi üzrə məhkəmə iclasının təyin edilməsi haqqında,
467-11.2.2. digər hallarda, işin ibtidai araşdırmanın aparılması üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməsi haqqında.
467-11.3. Bu Məcəllənin 467-11.2-ci maddəsində müəyyən edilmiş hallarda cinayət işi üzrə ibtidai istintaq və ya məhkəmə icraatı bu Məcəllənin ümumi qaydaları əsasında aparılır.”;

1.35.  507.6-cı maddə aşağıdakı redaksiyada verilsin:
“507.6. Hökmlə məhkumun xüsusi və ya hərbi rütbədən, fəxri addan, yaxud dövlət təltifindən məhrum edilməsi haqqında məsələ nəzərdə tutulduğu halda, hakim məhkumun müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilmiş ali xüsusi və ya ali hərbi rütbədən, yaxud fəxri addan və ya dövlət təltifindən məhrum edilməsi məsələsinə baxılması üçün bu barədə təqdimatı və məhkəmə hökmünün surətini müvafiq icra hakimiyyəti orqanına göndərir, digər dövlət orqanı tərəfindən verilmiş xüsusi və ya hərbi rütbədən, yaxud təltifdən məhrum edilməsi hallarında isə bu barədə məhkəmə hökmünün surətini icra olunması üçün həmin orqana göndərir.”;

1.36. 513.2-ci maddəyə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:
“Ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş şəxs barəsində eyni məzmunlu ərizənin məhkəmə tərəfindən rədd olunması hallarında isə təkrar ərizə belə qərarın çıxarıldığı gündən azı 1 (bir) il keçdikdə verilə bilər.”;

1.37.  519-cu maddə üzrə:
1.37.1. aşağıdakı məzmunda 519.1.2-1-ci maddə əlavə edilsin:
“519.1.2-1. azadlığın məhdudlaşdırılması növündə cəza çəkən məhkumun üzərinə əlavə vəzifələrin qoyulması və yaxud əvvəllər qoyulmuş vəzifələrin dəyişdirilməsi və ya ləğv edilməsi barədə;”;
1.37.2. 519.2-ci maddədə “vəsatəti və” sözlərindən sonra “müvafiq ərazi üzrə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən” sözləri əlavə edilsin;
1.37.3. 519.2.1-ci və 519.2.2-ci maddələrində “və bununla bağlı məsələlərin” sözləri “məsələlərinin” sözləri ilə əvəz edilsin.

Maddə 2. Keçid müddəaları
2.1. Bu Qanunun ev dustaqlığı qətimkan tədbiri ilə bağlı müddəaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən elektron nəzarət vasitələrinin siyahısı və tətbiqi qaydaları ilə eyni gündə qüvvəyə minir;
2.2. Bu Qanunun 1.34-cü maddəsi müvafiq icra hakimiyyəti orqanının narkomaniya xəstəliyi ilə əlaqədar tibbi xarakterli məcburi tədbirlərin həyata keçirildiyi tibb müəssisəsinin fəaliyyətə başladığı gündən qüvvəyə minir;
2.3. Bu Qanunun digər müddəaları dərc edildiyi gündən qüvvəyə minir.

 


İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 1 dekabr 2017-ci il
№ 914-VQD

 

Müəllif hüquqları qorunur.
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi