01.05.2018 “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda əyişiklik edilməsi barədə

1098-VQD

“Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda əyişiklik edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 8-ci bəndini rəhbər tutaraq, “Hərbi vəziyyət haqqında” Azərbaycan Respublikasının 2017-ci il 14 fevral tarixli 530-VQ nömrəli Qanununun tətbiqi ilə əlaqədar qərara alır:

“Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikası Qanununun(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 6, maddə 365; 2005, № 4, maddə 278; 2007, № 11, maddə 1072; 2010, № 3, maddə 168; 2012, № 11, maddə 1057; 2013, № 11, maddə 1313; 2015, № 11, maddə 1279; 2017, № 2, maddələr 141, 160) 18-ci maddəsinin birinci hissənin ikinci cümləsinə “Fövqəladə hallarla” sözlərindən sonra “və ya hərbi vəziyyətlə” sözləri əlavə edilsin.

 


İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 1 may 2018-ci il
№ 1098-VQD

 

Müəllif hüquqları qorunur.
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Əlaqə | Linklər | Saytın xəritəsi