04.05.2018 “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

1121-VQD

“Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” Azərbaycan Respublikasının
Qanununda dəyişiklik edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 3-cü bəndini rəhbər tutaraq    q ə r a r a   a l ı r :

Maddə 1. “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997, № 2, maddə 106; 2001, № 12, maddə 731; 2002, № 1, maddə 4; 2004, № 8, maddə 606, № 9, maddə 666; 2007, № 3, maddə 206, № 6, maddələr 560, 598, № 11, maddə 1078; 2008, № 8, maddə 699, № 11, maddə 960; 2009, № 6, maddə 395; 2010, № 4, maddə 276; 2013, № 12, maddə 1497; Azərbaycan Respublikasının 2018-ci il 6 mart tarixli 1032-VQD nömrəli Qanunu) 21-ci maddəsinin üçüncü hissəsində “2250” rəqəmləri “2475” rəqəmləri ilə əvəz edilsin.

Maddə 2. Bu Qanunun 1-ci maddəsində nəzərdə tutulmuş dəyişiklik 2018-ci il mayın 1-dən tətbiq edilir.

 


İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 4 may 2018-ci il
№ 1121-VQD

 

Müəllif hüquqları qorunur.
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Əlaqə | Linklər | Saytın xəritəsi