04.05.2018 “Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə

1139-VQD

“Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının
Qanununda dəyişikliklər edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 13-cü bəndini rəhbər tutaraq  qərara alır:

“Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 7, maddə 642) aşağıdakı dəyişikliklər edilsin:

1. 12.2-ci, 12.4-cü, 13.1-ci, 13.4-cü, 15.1-ci və 15.4-cü maddələrdə “orqanı” sözü “orqanının yaratdığı qurum” sözləri ilə əvəz edilsin.

2. 14.1-ci maddənin birinci cümləsində və 14.2-ci maddədə “büdcədənkənar xüsusi vəsaitlər üzrə” sözləri “yaratdığı qurumun” sözləri ilə əvəz edilsin.

3. 16.3-cü maddəyə “nəzarəti” sözündən sonra “müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum,” sözləri əlavə edilsin.

 


İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 4 may 2018-ci il
№ 1139-VQD

 

Müəllif hüquqları qorunur.
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Əlaqə | Linklər | Saytın xəritəsi