01.05.2018 “Üzümçülük və şərabçılıq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə

1104-VQD

“Üzümçülük və şərabçılıq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 8-ci bəndini rəhbər tutaraq, “Hərbi vəziyyət haqqında” Azərbaycan Respublikasının 2017-ci il 14 fevral tarixli 530-VQ nömrəli Qanununun tətbiqi ilə əlaqədar qərara alır:

“Üzümçülük və şərabçılıq haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 1, maddə 3; 2003, № 1, maddə 15, № 12, I kitab, maddə 674; 2005, № 4, maddə 278; 2007, № 5, maddə 397, № 10, maddə 938; 2008, № 12, maddə 1044; 2013, № 11, maddə 1291; 2016, № 1, maddə 29; 2017, № 5, maddə 716, № 7, maddə 1264) 22.4-cü maddəsinə “Fövqəladə” sözündən sonra “və ya hərbi” sözləri əlavə edilsin və həmin maddədə “qanunvericiliklə müəyyən edilmiş qaydada” sözləri “Fövqəladə vəziyyət haqqında” və “Hərbi vəziyyət haqqında” Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq” sözləri ilə əvəz edilsin.

 


İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 1 may 2018-ci il
№ 1104-VQD

 

Müəllif hüquqları qorunur.
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Əlaqə | Linklər | Saytın xəritəsi