01.10.2018 “Futbol oyunları və digər idman tədbirləri zamanı təhlükəsizlik, mühafizə və xidmət məsələlərinə vahid yanaşma haqqında Avropa Şurası Konvensiyası”nın təsdiq edilməsi barədə

1239-VQ

“Futbol oyunları və digər idman tədbirləri zamanı təhlükəsizlik, mühafizə və xidmət məsələlərinə vahid
yanaşma haqqında Avropa Şurası Konvensiyası”nın təsdiq edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq   qərara alır:

1. 2016-cı il 3 iyul tarixində Sen-Deni şəhərində imzalanmış “Futbol oyunları və digər idman tədbirləri zamanı təhlükəsizlik, mühafizə və xidmət məsələlərinə vahid yanaşma haqqında Avropa Şurası Konvensiyası” Azərbaycan Respublikasının müvafiq bəyanatı ilə (bəyanatın mətni əlavə olunur) təsdiq edilsin.

2. “İdman tədbirləri, o cümlədən futbol oyunları zamanı zorakılığın və xuliqanlığın qarşısının alınması haqqında” Avropa Konvensiyasına qoşulmaq barədə” Azərbaycan Respublikasının 1999-cu il 28 oktyabr tarixli 732-IQ nömrəli Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 11, maddə 616) ləğv edilsin.

 


İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 1 oktyabr 2018-ci il
№ 1239-VQ

 

Müəllif hüquqları qorunur.
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi