29.06.2018 “Feldyeger rabitəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə

1215-VQD

“Feldyeger rabitəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alır:

“Feldyeger rabitəsi haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003, №8, maddə 405; 2008, № 8, maddə 710) aşağıdakı dəyişikliklər edilsin:

1. 1-ci maddədən “və feldyeger rabitəsini həyata keçirən dövlət qulluqçularının hüquqi vəziyyətini” sözləri çıxarılsın.

2. 2.0.1-ci maddədə “xüsusilə mühüm” sözləri “xüsusi əhəmiyyətli” sözləri ilə əvəz edilsin.

3. 2.0.2-ci və 6.1.5-ci maddələrdən “Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının qərarı ilə” sözləri çıxarılsın;

4. 2-ci maddədə “2.0.”, “2.0.1.” və “2.0.2.” rəqəmləri “2.1.”, “2.1.1.” və “2.1.2.” rəqəmləri ilə əvəz edilsin.

5. Aşağıdakı məzmunda 2.2-ci maddə əlavə edilsin:
“2.2. Qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanları tərəfindən bu Qanunun 2.1.1-ci maddəsində göstərilməyən korrespondensiyalarının müvafiq ünvanlara çatdırılmaq üçün feldyeger rabitəsi orqanına təhvil verilməsi qadağandır.”.

6. 6.1.1-ci maddə və III fəsil ləğv edilsin.

7. 6.4-cü maddədə “açıla” sözündən sonra “, yoxlanıla” sözü əlavə edilsin.

8. 6.5-ci maddədə “xüsusi” sözü “operativ” sözü ilə əvəz edilsin.

9. 11.4-cü maddədə “normalar əsasında” sözləri “normalara uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən” sözləri əlavə edilsin.

10. 11.5-ci maddədə “xüsusi geyim forması” sözləri “hərbi geyim forması” sözləri ilə əvəz edilsin.

11. 11.6-cı və 11.8-ci maddələr ləğv edilsin.

12. Aşağıdakı məzmunda 12.3-cü maddə əlavə edilsin:
“12.3. Korrespondensiyaların və digər göndərişlərin qəbulu, qablaşdırılması, mühafizəsi və çatdırılması qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.”.

13. V fəsil aşağıdakı redaksiyada verilsin:
“ V FƏSİL
YEKUN MÜDDƏALAR
Maddə 13. Qanunun pozulmasına görə məsuliyyət
Bu Qanunun tələblərini pozan şəxslər Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş hallarda məsuliyyət daşıyırlar.”.

 


İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 29 iyun 2018-ci il
№ 1215-VQD

 

Müəllif hüquqları qorunur.
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi