VƏTƏNDAŞLAR ÜÇÜN

CARİ FƏALİYYƏT

30.11.2018 “Dərman vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
“Dərman vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 11-ci bəndini rəhbər tutaraq qərara alır:
“Dərman vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, № 2, maddə 70, № 11, maddə 1046; 2009, № 6, maddə 397, № 12, maddələr 948, 949; 2010, № 7, maddə 600; 2011, № 4, maddə 259; 2013, № 4, maddə 356; 2015, № 2, maddə 84; № 4, maddə 365; 2016, № 11, maddə 1787; 2017, № 1, maddə 10, № 5, maddə 746, № 6, maddələr 1023, 1038; 2018, № 3, maddə 374, № 6, maddə 1181) aşağıdakı dəyişikliklər edilsin:
1. 3.0.4-cü maddəyə “keyfiyyətinə” sözündən sonra “, effektivliyinə” sözü əlavə edilsin.
2. 3.0.5-ci maddədə “səmərəli” sözü “effektiv” sözü ilə əvəz edilsin.
3. 14-1.2-ci maddənin ikinci cümləsinə “tərkibli” sözündən sonra “və eyni dozalı” sözləri əlavə edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 30 noyabr 2018-ci il
№ 1373-VQD