28.12.2018 “Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

1424-VQD

“Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının
Qanununda dəyişiklik edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 13-cü bəndini rəhbər tutaraq  qərara alır:

“Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 7, maddə 642; 2018, № 6, maddə 1178) 16.3-cü maddəsində “və nəzarət markalarının qeyri-qanuni hazırlanmasının (istehsal edilməsinin) və yayılmasının qarşısının alınması sahəsində nəzarəti müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum, müvafiq icra hakimiyyəti orqanı və qanunla səlahiyyət verilmiş digər dövlət orqanları” sözləri “qeyri-qanuni hazırlanmasının (istehsalının) və yayılmasının qarşısının alınması sahəsində nəzarəti müvafiq icra hakimiyyəti orqanının yaratdığı orqan (qurum), nəzarət markalarının qəsdən məhv edilməsi, saxtalaşdırılması, qeyri-qanuni yolla hazırlanması, istifadəsi və satışının qarşısının alınması sahəsində nəzarəti isə müvafiq icra hakimiyyəti orqanının yaratdığı orqan (qurum)” sözləri ilə əvəz edilsin.

 


İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 28 dekabr 2018-ci il
№ 1424-VQD

 

Müəllif hüquqları qorunur.
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi