12.02.2019 “Gömrük işi sahəsində əməkdaşlıq və qarşılıqlı yardım haqqında 1994-cü il 15 aprel tarixli Sazişdə dəyişikliklər edilməsi barədə” Protokolun təsdiq edilməsi haqqında

1498-VQ

“Gömrük işi sahəsində əməkdaşlıq və qarşılıqlı yardım haqqında 1994-cü il 15 aprel tarixli Sazişdə
dəyişikliklər edilməsi barədə” Protokolun təsdiq edilməsi haqqında

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq   q ə r a r a   a l ı r:

Müstəqil Dövlətlər Birliyi Hökumət Başçıları Şurasının Düşənbə şəhərində keçirilmiş 2018-ci il 1 iyun tarixli iclasında imzalanmış “Gömrük işi sahəsində əməkdaşlıq və qarşılıqlı yardım haqqında 1994-cü il 15 aprel tarixli Sazişdə dəyişikliklər edilməsi barədə” Protokol Azərbaycan Respublikasının ona dair qeyd-şərti ilə (qeyd-şərtin mətni əlavə olunur) təsdiq edilsin.

 


İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 12 fevral 2019-cu il
№ 1498-VQ

 

Müəllif hüquqları qorunur.
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi