Arxiv

31.05.17

MİLLİ MƏCLİSDƏ GÖRÜŞ

Mayın 31-də Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli, Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov, deputat Musa Quliyev “Azərbaycan Respublikasının Dayanıqlı İnkişafı” üzrə aparılan ardıcıl işin hüquqi bazasının gücləndirilməsi ilə bağlı BMT-ini İnkişaf Agentliyinin əməkdaşları ilə görüşdülər.
Hadi Rəcəbli qonaqları Milli Məclisdə səmimi salamladı. O, Ulu öndər Heydər Əliyevin təməlini qoyduğu dövlətimizin müstəqillik qazandığı ilk gündən etibarən BMT və onun ixtisaslaşdırılmış strukturları ilə əməkdaşlıq etdiyini söylədi.


ətraflı

31.05.17

AQRAR SİYASƏT KOMİTƏSİNDƏ

Mayın 31-də Milli Məclisin Aqrar siyasət komitəsinin iclası keçirildi. Komitə sədrinin müavini Eldar Quliyev iclası açaraq diqqətə çatdırdı ki, gündəliyə “Atçılıq haqqında”, “Damazlıq heyvandarlıq haqqında”, “Tütün və tütün məmulatı haqqında” qanunlara dəyişikliklərlə bağlı layihələr daxil edilib. Bildirildi ki, sənədlər qanunvericilik təşəbbüsü qaydasında ölkə Prezidenti tərəfindən parlamentə göndərilib.


ətraflı

31.05.17

AZƏRBAYCAN-LATVİYA ƏLAQƏLƏRİ DAHA DA MÖHKƏMLƏNİR

Mayın 30-da Latviyada rəsmi səfərdə olan Milli Məclisin Sədri Oqtay Əsədovun başçılıq etdiyi nümayəndə heyəti bu ölkənin Baş naziri Maris Kuçinskis ilə görüşüb.

* * *

Həmin gün Latviya Prezidenti Raymonds Veyonis Milli Məclisin Sədri Oqtay Əsədovun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.


ətraflı

30.05.17

PARLAMENT NÜMAYƏNDƏ HEYƏTİ LATVİYADA SƏFƏRDƏDİR

Xəbər verildiyi kimi, parlamentin Sədri Oqtay Əsədovun başçılığı ilə nümayəndə heyəti mayın 28-də Latviyaya rəsmi səfərə yola düşmüşdür. Mayın 29-da Milli Məclisin Sədri Oqtay Əsədov Latviya Seyminin spikeri xanım İnara Murniyetsei ilə görüşüb.

* * *

Həmin gün Milli Məclisin Sədri Oqtay Əsədov Riqaya rəsmi səfər çərçivəsində Latviyanın xarici işlər naziri Edqars Rinkeviçs ilə görüşüb.


ətraflı

30.05.17

Latviyada səfərdə olan parlament nümayəndə heyəti 28 May – Respublika Gününə həsr olunmuş tədbirdə iştirak edib

Azərbaycanın Latviyadakı səfirliyi 28 May – Respublika Günü münasibətilə Latviya paytaxtında təntənəli qəbul təşkil edib.
Qəbulda Azərbaycan Milli Məclisinin Sədri Oqtay Əsədovun başçılığı ilə nümayəndə heyətimizin üzvləri, Latviya Seyminin spikeri İnara Murniyetse, ölkənin yüksək vəzifəli rəsmi şəxsləri, Seymin deputatları, Latviya XİN-in əməkdaşları, Latviyanın sabiq prezidenti Valdis Zatlers, bu ölkədə akkreditə edilmiş diplomatik korpusun nümayəndələri, işgüzar dairələrin təmsilçiləri, ictimai-siyasi xadimlər, Azərbaycan diasporunun üzvləri, KİV nümayəndələri iştirak ediblər.

* * *

Milli Məclisin Sədri Oqtay Əsədovun rəhbərlik etdiyi nümayəndə heyəti Riqaya rəsmi səfər çərçivəsində bu ölkənin Baş nazirinin müavini, iqtisadiyyat naziri Arvils Aşeradenslə görüşüb.


ətraflı



Müəllif hüquqları qorunur.
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi