AVSTRALİYADA XOCALI SOYQIRIMI ANILACAQ

17/02/17

Milli Məclisin deputatları Xanlar Fətiyev və Asim Mollazadə Xocalı soyqırımının 25 illiyinə həsr olunmuş tədbirlərdə iştirak etmək üçün fevralın 18-də Avstraliyaya səfər edəcəklər.
Azərbaycanın Avstraliyadakı fəxri konsulunun təşəbbüsü ilə bu ölkənin Sidney, Melburn və Pert şəhərlərində keçiriləcək mərasimlərdə Xocalıda erməni millətçiləri tərəfindən dinc azərbaycanlı əhaliyə qarşı törədilən kütləvi qırğın barədə məlumat veriləcək, amansızlıqla qətlə yetirilmiş günahsız insanların əziz xatirəsi ehtiramla yad ediləcək. Eyni zamanda Xocalı həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması, bu soyqırımına obyektiv qiymət verilməsi istiqamətində atılan addımlar, o cümlədən həyata keçirilən müxtəlif tanıtım layihələri barədə söhbət açılacaq. Toplantı iştirakçılarına Xocalı faciəsi barədə tarixi sənədlər, bu qətliamı əks etdirən fotolar təqdim olunacaq.
Səfər fevralın 28-də başa çatacaq.

Milli Məclisin
Mətbuat xidməti

MEQA şirkətinin istehsalı
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi