DEPUTATLARIMIZ BEYNƏLXALQ TƏDBİRDƏ İŞTİRAK EDƏCƏKLƏR

17/02/17

Milli Məclisin deputatları Gövhər Baxşəliyeva və Mirkazım Kazımov   “Fələstin xalqına dəstək” adlı 6-cı beynəlxalq konfransda iştirak etmək üçün fevralın 20-də İran İslam Respublikasının paytaxtı Tehrana  səfərə gedəcəklər.
 Tədbirdə müxtəlif ölkələrin parlamentariləri iştirak edəcəklər. Toplantıda dünyada terrora qarşı mübarizə, təhlükəsizliyin qorunması  məsələləri ətrafında fikir mübadiləsi aparılacaq.
Millət vəkilləri mövzu ilə bağlı öz fikirlərini açıqlayacaq, təkliflərini verəcəklər.
Səfər fevralın 23-də başa çatacaq.

Milli Məclisin
Mətbuat xidməti

 

MEQA şirkətinin istehsalı
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi