NATO PA-nın ROUZ-ROUT SEMİNARINDA

17/03/17

Milli Məclisin deputatı Kamran Bayramov NATO Parlament Assambleyasının 94-cü Rouz-Rout seminarında iştirak etmək üçün martın 20-də Bosniya və Herseqovinanın paytaxtı Sarayevo şəhərinə səfər edəcək.
Seminarda Qərbi Balkan ölkələrində Avro-Atlantik inteqrasiya,  təhlükəsizlik sahəsində əməkdaşlıq, siyasi proseslərin gedişi ilə bağlı məsələlər müzakirə olunacaq.
Yığıncaqda, eyni zamanda, Bosniya və Herseqovinada müdafiə sahəsində islahatlar, daxili etnik münasibətlər, Makedoniyada inkişaf prosesləri, Yaxın Şərq regionunda sabitliyin təmin edilməsi, Suriyada, İraqda, Liviyada son durum və ekstremizmə qarşı mübarizə tədbirləri barədə fikir mübadiləsi aparılacaq.
Millət vəkili toplantıda qoyulan məsələlərə öz münasibətini bildirəcək.
Səfər martın 24-də başa çatacaq.

Milli Məclisin
Mətbuat xidməti

Müəllif hüquqları qorunur.
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi