DEPUTATIMIZ BOLQARISTANDA PARLAMENT SEÇKİLƏRİNİ İZLƏYƏCƏK

17/03/17

Milli Məclisin deputatı Musa Quliyev martın 25-dən 28-dək Bolqarıstanın paytaxtı Sofiya şəhərində  səfərdə olacaq.
Millət vəkili Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı missiyasının tərkibində Bolqarıstanda keçiriləcək parlament seçkilərini muşahidə edəcək.
Deputatımız digər müşahidəçilərlə bərabər bir sıra seçki məntəqələrində olacaq, prosesin gedişinə və vətəndaşların fəallığına diqqət yetirəcək.


Milli Məclisin
Mətbuat xidməti


Müəllif hüquqları qorunur.
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi