AVROPA PARLAMENTİNDƏ DİNLƏMƏLƏR KEÇİRİLƏCƏK

18/03/17
Martın 27-də Brüsseldə Avropa Parlamentinin binasında İstanbul Konvensiyasına dair “Qadınlara qarşı zorakılığın və məişət zorakılığının qarşısının alınması və onlarla mübarizə haqqında Avropa Şurasının Konvensiyasına Avropa Birliyinin qoşulması” mövzusunda dinləmələr keçiriləcək.
Dinləmələrdə Milli Məclisin deputatı, AŞPA-nın Qadınlara qarşı zorakılıqla mübarizə üzrə baş məruzəçisi, Zorakılıqdan azad qadınlar parlament şəbəkəsinin siyasi koordinatoru Sahibə Qafarova iştirak edəcək.
Deputat müzakirə olunacaq mövzu ilə bağlı çıxış edəcək, fikirlərini bildirəcəkdir.
Səfər martın 28-də başa çatacaqdır.

Milli Məclisin
Mətbuat xidməti

MEQA şirkətinin istehsalı
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi